AZ

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

 

a2644235c8edea94e30fbab427a80d1a.jpg
26.04.2024 20:20

Ankara şəhərində Türkiyənin Kosmik Agentliyinin təşkil etdiyi Kosmik Texnologiyalar Konfransına növbəti il Bakı ev sahibliyi edəcək.

 

“Azərkosmos”dan TED.az-a bildirilib ki, Beynəlxalq Astronavtika Konqresindən sonra ölkəmizin əldə etdiyi təcrübə növbəti regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir.

 

Qeyd edək ki, ikigünlük proqramı əhatə edən Kosmik Texnologiyalar Konfransı əsasən Mərkəzi Asiya regionunun kosmik agentlikləri, bu sahədə kommersiya fəaliyyəti göstərən şirkətlər, bir sözlə inkişaf etməkdə olan regional kosmik ölkələr üçün əməkdaşlıq platformasıdır.

 

Konfrans çərçivəsində Türk Dövlətləri Təşkilatının növbəti görüşü gələn il Bakıda keçiriləcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox