Xaricdə təhsil alan daha neçə nəfərin diplomu tanınmayıb?
Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı may ayı üzrə 815 müraciətçinin 760-ı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 55 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən TED.az-a verilən xəbərə görə, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 42, ekvivalenti olmayan ixtisas səbəbilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 4, dövlət nümunəli olmayan diplom səbəbilə 2, təhsil forması səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 264, Ukraynadan 243, Türkiyə Respublikasından 118, Belarus Respublikasından 63, Gürcüstandan 29, Birləşmiş Krallıqdan 28, Çin Xalq Respublikasından 9, Macarıstandan 9, Polşa Respublikasından 6, Qazaxıstan Respublikasından 6, Amerika Birləşmiş Ştatlarından 5, İtaliya Respublikasından 5, Niderland Krallığından 5, Çex Respublikasından 3, Almaniya Federativ Respublikasından 2, Fransa Respublikasından 2, Özbəkistan Respublikasından 2, Türkmənistandan 2, Avstraliya İttifaqından 1, Avstriya Respublikasından 1, Banqladeş Xalq Respublikasından 1, Belçika Krallığından 1, Estoniya Respublikasından 1, İran İslam Respublikasından 1, İspaniya Krallığından 1, İsveç Krallığından 1, İsveçrə Konfederasiyasından 1, Kipr Respublikasından 1, Koreya Respublikasından 1, Litva Respublikasından 1, Norveç Krallığından 1, Qırğız Respublikasından 1 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 197, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 73, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə 61, maliyyə üzrə 38, tibb üzrə 32 müraciətçi qeydə alınıb.
TED + bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












