Bakı Fond Birjasında “Kapital Bank”ın manat istiqrazları “Açılış zəngi” ilə bazara təqdim olunub
Ölkənin birinci bankı “Kapital Bank” kapital bazarında həm yerli, həm də xarici valyutada yeni maliyyə alətlərinin buraxılışını həyata keçirir. Daha öncə bank rəsmiləri 100 milyon manat həcmində istiqrazın bazara buraxılacağı haqqında məlumat veriblər.
İyunun 10-da Bakı Fond Birjasında təntənəli “Açılış zəngi” tədbiri ilə bankın 50 milyon manat həcmində istiqrazlarının yerləşdirilməsinə başlanılıb.
Tədbiri giriş sözü ilə Bakı Fond Birjasının baş kommersiya inzibatçısı Oqtay Qasımov açaraq kapital bazarında əhalinin investisiyalarının artırılmasının önəmini vurğulayıb. “Kapital Bank”ın xəzinədarlıq departamentinin direktoru Fərid Əliyev isə maliyyə bazarlarında investisiya alətlərinin çeşidlərinin artırılmasının əhəmiyyətindən danışıb: “Azərbaycan maliyyə bazarı yüksək inkişaf potensiallı bir mühitdir. Biz bu bazarın liderlərindən biri olaraq ölkəmizdə kapital bazarının maliyyə sistemində rolunu artırmaq və iqtisadi inkişafa töhfə vermək istəyirik. Hədəfimiz bazar infrastrukturunun inkişaf etdirilməsi, bazara olan etimadın gücləndirilməsi, bazara çıxış imkanlarının genişləndirilməsidir. Buna görə də biz həm xarici, həm də yerli valyutada yeni maliyyə alətlərini təqdim edirik”.
Daha sonra “PAŞA Kapital İnvestisiya Şirkəti”nin İdarə Heyəti sədrinin müavini Rauf Qurbanov çıxış edərək bildirib ki, investisiya imkanlarını dəyərləndirmək istəyən vətəndaşlarımız sahəsinin iki lideri - ölkənin ən böyük filial şəbəkəsinə malik olan bankı “Kapital Bank” və ən böyük bazar payına malik olan investisiya şirkəti “PAŞA Kapital” tərəfindən təqdim olunan etibarlı, rahat və sürətli xidmətdən faydalana biləcəklər. İstiqrazların alışını həyata keçirən investorlar geri satmaq istədikləri təqdirdə heç bir faiz itkisi olmadan həmin günə qədər hesablanmış bütün faizləri əldə edə biləcəklər”.
Təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 10 faiz, ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 1 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Xatırladaq ki, daha öncə “Kapital Bank”ın ümumi dəyəri 35 milyon dollar olan subordinasiya istiqrazlarının yerləşdirilməsi başa çatıb.
Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün—kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün — kbl.az/prcrc.
TED + bölməsindən digər xəbərlər
Həyəcan pikdədir! Sən də lüks avtomobil qazan!
Valve təsdiqləyir: Android oyunları Steam-ə gəlir
Google Pinterest-ə bənzər funksiyanı buraxır
Audi şirkəti Formula 1 avtomobilini təqdim etdi
Hyundai IONIQ 6 N üzə çıxdı!
Samsung televizorları üçün şad xəbər
iPhone HMO displeyi iPhone-da inqilab edə bilər
Google Play çoxdan gözlənilən funksiyanı təqdim etdi
OPPO ColorOS 16 Yeniləmə Cədvəlini elan etdi
Toy Story 5-in treyleri yayımlandı!
OpenAI problemdədir
Huawei-nin yeni nəsil qatlana bilən telefonu yoldadır
WhatsApp Windows 11-də veb-əsaslı versiyaya keçir!
Samsung orta səviyyəli seqment üçün yeni model hazırlayır!
Alien: Earth ikinci mövsümü alacaqmı?
Android batareyası xəbərdarlığı Play Store-a gəlir
Apple Vision Pro üçün PlayStation nəzarətçi dəstəyi!
Apple və WhatsApp casus proqram kampaniyasına başladılar!
Tesla tətil yeniləməsi üçün geri sayım başladı
Yeni Kia Telluride təqdim olundu
WhatsApp böyük şokla üzləşir: AB tənzimləmələri başladı!
Xiaomi 17 Ultra dekabrda Çində təqdim olunacaq!
Google Disk üçün yeni süni intellekt funksiyası: Audio xülasələr!
Galaxy Ring Galaxy XR-ni idarə edə biləcək!
Peugeot Polyqon Konsepti: Gələcəyə İşıq Tutmaq 208
Supermen kainatı genişlənir: Yeni seriya!
Honor 500 seriyası üçün geri sayım başlayır!
Google Xəritənin yeni rejimi əksər telefonlarda mövcud olmayacaq!
Stiv Cobs 10 dəqiqə ərzində Mac kalkulyatorunu necə hazırlayıb?
Həftənin ən çox oxunanları
TEXİO Academy BDU-nun “Peşəkar gələcəyə doğru körpü” adlı Karyera Sərgisində iştirak edib
Honor 500 seriyası üçün geri sayım başlayır!
HyperOS 3 yeniləməsi daha çox cihaza yayılır!
TEXİO Academy BDU-nun “Peşəkar gələcəyə doğru körpü” adlı Karyera Sərgisində iştirak edib
Google Maps üçün Tesla Supercharger funksiyası!
Peugeot Polyqon Konsepti: Gələcəyə İşıq Tutmaq 208
Yeni Kia Telluride təqdim olundu
Xiaomi 17 Ultra dekabrda Çində təqdim olunacaq!
Stiv Cobs 10 dəqiqə ərzində Mac kalkulyatorunu necə hazırlayıb?
Apple Vision Pro üçün PlayStation nəzarətçi dəstəyi!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

