AZ

Şamaxıda uşaqlara proqram kodlaşdırmasını yazmağı öyrədən təlim keçiriləcək – KOD SAATI

720bcc3d6fa48a6bdfda21d7fb0663db.jpg
27.09.2019 16:30

Şamaxı şəhərində “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində “Kod saatı” tədbiri keçiriləcək.

 

TED.az xəbər verir ki, sentyabrın 28-də "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində proqramlaşdırma dünyasında genişmiqyaslı tədbir olan "Kod saatı"nın ikinci mərhələsi keçiriləcək.

 

Təhsil Nazirliyinin və "Alqoritmika" beynəlxalq təhsil şirkətinin təşkilati dəstəyi ilə keçirilən tədbir zamanı şagirdlərə və onların valideynlərinə “Rəqəmsal bacarıqlar” layihəsi haqqında ətraflı məlumat veriləcək. Şagirdlər "Scratch" – uşaq və yeniyetmələr üçün xüsusi yaradılmış vizual proqramlaşdırma mühitində məsələləri həll etmək imkanı əldə edəcəklər. “Kod saatı” təşəbbüsünün ikinci mərhələsi Şamaxı şəhər 10 nömrəli tam orta məktəbdə keçiriləcək. Tədbirdə 7 yaşdan yuxarı məktəblilər iştirak edə bilərlər. “Kod saatı” hərəkatında iştirak ödənişsizdir.

 

"Kod saatı" təşəbbüsünün əsas məqsədi proqramçı peşəsini məktəblilər arasında populyarlaşdırmaq, şagirdlərin və onların valideynlərinin diqqətini yüksək informasiya texnologiyaları ilə bağlı peşələrə cəlb etmək, həmçinin proqramlaşdırmanın çətinliyi haqqında mifləri dağıtmaqdır. Layihə insanlara proqram kodunu yazmağı öyrənmək üçün bir saat vaxt ayırmaqdan ibarətdir.

 

Qeyd edək ki, "Kod saatı"nın birinci mərhələsi 453 məktəblinin iştirakı ilə Sumqayıt şəhərində keçirilib. “Kod saatı”nın növbəti mərhələsinin oktyabrın 5-də Mingəçevir şəhər 15 nömrəli Humanitar Liseydə keçirilməsi planlaşdırılır.

 

Fatimə ZÜLFİQAR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox