Microsoftun Çin bazarındakı mağazaları ilə bağlı YENİ QƏRAR
Texnologiya nəhəngi Microsoft, Çin bazarındakı bütün fiziki mağazalarını rəsmən bağlayıb. Məşhur şirkət, Çindəki bütün satışları bölgədəki satış tərəfdaşlarına və onlayn mağazalara buraxıb.
TED.az xarici KİV-ə istinadən xəbər verir ki, qlobal bazarda yaşanan dəyişikliklər və strategiya fərqliliklərdən sonra Microsoft, Çindəki fiziki mağazalar əvəzinə onlayn satış kanallarına diqqət yetirməyə qərar verib. Çin daxilində bütün fiziki mağazalarını bağlayan şirkət, proqram təminatı və bulud xidmətləri kimi digər sahələrdə Çində fəaliyyətini davam etdirəcək. Bu mənada qeyd etməliyik ki, Microsoft Çin və Asiya bazarlarından tam çəkilməyib.
Microsoft, Çin bazarına ilk addımını 1992-ci ildə atıb. O vaxtdan bəri şirkət, Windows əməliyyat sistemi və Office proqram dəsti kimi məhsulları ilə Çində əhəmiyyətli bazar payı qazanıb. Lakin son illərdə Çin hökumətinin yerli texnologiya şirkətlərinə dəstək siyasəti və rəqabəti gücləndirməsi Microsoft-un bazardakı mövqeyini çətinləşdirib. Lakin onu da əlavə etməliyik ki, bu qərar Çinə xas deyil. Microsoft, 2020-ci ildə qlobal miqyasda bir çox pərakəndə mağazalarını bağlamaq qərarına gəlib. Şirkət, rəqəmsal satış kanallarına və bulud xidmətlərinə diqqət yetirmək strategiyasını qəbul edib. Çində mağazaların bağlanması bu qlobal strategiyanın bir hissəsi kimi qəbul edilir. Bu mənada yeni dövrdə bir neçə fərqli ölkədə fiziki mağazalar bağlana bilər.
Dünya bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












