AZ

Magistraturaya qəbul olmuş şəxslər üçün qeydiyyat müddəti uzadıldı

6b3297c608ca5bfbf19f02c7a3a18d00.jpg
18.07.2024 15:48

Magistraturaya qəbul olmuş şəxslər iyulun 22-si saat 18:00 dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, bunun üçün bakalavrlar göstərilən vaxtadək portal.edu.az platformasında qeydiyyatdan keçməli və təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

 

Qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisələrinə qəbul olunanların siyahısından xaric ediləcəklər.

Elm bölməsindən digər xəbərlər

Daha çox