Xiaomi Mix Flip Avropa bazarında satışa çıxarılacaq! Budur qiymət
Xiaomi, bir müddət əvvəl elan etdiyi Xiaomi Mix Flip modelini Avropa bazarı üçün təqdim etməyə hazırlaşır.
Keçən həftə Çində təşkil edilən tədbirdə telefondan planşetə, saatdan avtomobilə qədər bir çox yeni cihaz təqdim edən Xiaomi-nin ən diqqət çəkən cihazlarından biri də Xiaomi Mix Flip oldu. Şirkətin ilk qatlanan telefonu olaraq elan edilən Mix Flip artıq Avropa bazarında satışa çıxa bilər.
Tədbirdə Xiaomi, qatlana bilən telefon bazarında payını artırmağı hədəfləyən ilk qatlana bilən telefon modeli Mix Flip-i açıqladı. Yalnız Çində satılması gözlənilən cihazın dünya səviyyəsində satılacağı təsdiqlənib. Xiaomi tərəfindən edilən açıqlamalara görə, yeni cihaz Avropanın mərkəzi və şərq bölgələrindəki bəzi ölkələrdə satışa çıxarılacaq.
Edilən açıqlamalara görə, Xiaomi Mix Flip-in qiyməti 1300 və ya 1400 avro civarında olacaq ki, bu da onun son həftələrdə təqdim edilən Galaxy Z Flip6 ilə eyni qiymət aralığında olacağını təsdiqləyir. Hələlik dəqiqlik olmasa da, qiymətlərin bu səviyyə ətrafında olması istifadəçiləri çaşdıra bilər.
Xüsusiyyətlərinə nəzər salsaq, Xiaomi Mix Flip Snapdragon 8 Gen 3 prosessoru ilə təchiz edilib və 12GB və ya 16GB LPDDR5 RAM və 256GB, 512GB və ya 1TB UFS 4.0 yaddaş seçimləri ilə təqdim edilib. Avropa üçün hansı versiyanın təklif ediləcəyi hələlik məlum deyil.
Texnologiya bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












