“Bakcell”in dəstəyi ilə qadınlar üçün İKT təlimləri başlayıb
“Bakcell” şirkətinin dəstəyi ilə qadınların İKT üzrə bilik və bacarıqlarının artırılmasına yönəlmiş xüsusi təqaüd proqramı davam edir. Proqram çərçivəsində iki ay müddətində baş tutacaq ixtisas təlimlərinə start verilib.
“Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramı “Women in Tech” (WIT) beynəlxalq təşkilatı və Təhsilin İnkişafı Fondunun (TİF) birgə təşkilatçılığı, “Bakcell” şirkətinin dəstəyi ilə həyata keçirilir. Seçim mərhələsini uğurla keçmiş 15-45 yaş aralığında olan xanımlar iki ay ərzində UX/UI dizayn, kibertəhlükəsizlik, rəqəmsal marketinq və digər ixtisaslara yiyələndikdən sonra işlə təmin olunacaqlar.
“Təqaüd proqramına dəstək göstərməkdə əsas məqsədimiz Azərbaycan xanımları arasında informasiya texnologiyaları sektoruna dair məlumatlılıq səviyyəsini yüksəltmək, onları gələcəkdə bu sahə üzrə karyera qurmağa həvəsləndirməkdir. Şirkətimiz özünü inkişaf etdirməyə həvəsli olan xanımlara hər zaman dəstək göstərməyə hazırdır”, - deyə “Bakcell”in baş icraçı direktoru Klaus Müller bildirib.
Azərbaycanın ilk riyaziyyatçı qadın alimi Maya Hacıyevanın adına olan təqaüd proqramı 2023-cü ildə təsis edilib. Proqramın məqsədi cəmiyyətin inkişafında bilavasitə rolu olan qadınların gələcəyin peşələrinə yiyələnərək iqtisadi azadlıqlarını əldə etmələrinə, öz arzularını reallaşdırmağa dəstək göstərməkdir.
Qadınların təhsil və məşğulluq imkanlarının artırılması “Bakcell” şirkətinin korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət bu sahədə təşəbbüsləri dəstəkləməyi və daha da genişləndirməyi planlaşdırır.
TED + bölməsindən digər xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











