“Kapital Bank”ın 150 illiyinə özəl keçirilən lotereyanın ilk tirajı yekunlaşıb
Xəbər verdiyimiz kimi, ölkənin ilk rəqəmsal bankı “Birbank” taksit kartı sahibləri üçün lotereya keçirir.
Bu gün “Kapital Bank”ın 150 illik yubleyi münasibətilə keçirilən lotereyanın ilk tirajı baş tutub. 2024-cü il iyulun 10-31-də edilən əməliyyatları əhatə edən tirajda 3333 nəfər qalib seçilib. Onlardan 2300 nəfər 5 manat, 1000 nəfər 10 manat dəyərində keşbek, 20 nəfər 100 manat, 10 nəfər 500 manat, 2 nəfər 1000 manat, 1 nəfər isə 10 min manat pul mükafatı qazanıb.
Lotereya qaliblərinin siyahısı: kbl.az/150tiraj1
Xatırladaq ki, lotereyanın əsas uduş məbləği 150 min manatdır. 2024-cü il sentyabrın 30-dək keçiriləcək lotereyada “Birbank” taksit kartı sahibləri minlərlə pul mükafatı və keşbeklər qazanırlar. 3 tirajda keçirilən lotereyanın 2-ci tirajı sentyabrın 10-da (1-31 avqust tarixində edilən əməliyyatlar), final tirajı isə oktyabrın 15-də keçiriləcək.
Lotereyanın şərtlərinə əsasən, “Birbank” taksit kartları ilə edilən hər 50 manat və üzəri nağdlaşdırma, birdəfəlik ödəniş (POS-terminal, onlayn ödənişlər) və köçürmə əməliyyatları müştəriyə 1 bilet (lotereyada iştirak şansı) qazandırır. Taksit (ödəniş məbləğinin aylara faizsiz bölünməsi) və “Ninja” (əməliyyat məbləğinin aylara komissiya ilə bölünməsi) əməliyyatları zamanı kart sahibi hər 50 manat üçün 10 bilet əldə edir.
Lotereya iştirakçılarına öz aktivliklərini rahat izləmək şansı da yaradılıb. Belə ki, müştərilər “Birbank” mobil tətbiqində “Bizdən sizə” bölməsində yerləşən “Lotereya” səhifəsinə keçid edərək əldə etdikləri biletlərin sayını görə bilərlər. Bundan başqa, səhifədə hər ay yenilənəcək “Tapşırıqlar”ı tamamlamaqla əlavə bilet qazanmaq şansı da yaradılıb.
Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holdinq”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün — kbl.az/prcrc.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











