“Grand-Mart” bütün sənədləşmə işlərini “SİMA İmza” ilə rəqəmsallaşdırıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza tərəfdaş çevrəsini genişləndirməyə davam edir. “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdıran növbəti qurum “Grand-Mart” MMC olub.
“SİMA İmza” müəssisə daxili sənədlərin imzalanması portalına inteqrasiya edilib. İnteqrasiya sayəsində müəssisəyə daxil olan şirkətlərdə bütün sənədləşmə işləri elektronlaşdırılıb. Bundan başqa, yeni işçilərin işə qəbulu zamanı əmək müqavilələrinin imzalanması, mövcud işçilərin isə əmək fəaliyyəti ilə bağlı digər işlərinin rəsmiləşdirilməsi proseslərində sənədlərin “SİMA İmza” ilə imzalanmasına başlanılıb.
Qeyd edək ki, “Grand-Mart” MMC-ə “Grandmart”, “Megastore”, “Bizim market”, “Novas Home”, “Bolmart” kimi böyük marketlər şəbəkələri daxildir.
SİMA yeni nəsil rəqəmsal imza həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Hər iki seqment üzrə maliyyə xərcləri azalır və vaxt itkisinin qarşısı alınır. SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir. SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












