AZ

Beynəlxalq Kosmik Stansiyaya gedən kosmonavtların sayı azaldılıb 

672f862b17be674b8b2daf2d9afd6a7c.jpeg
02.09.2024 10:20

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Beynəlxalq Kosmik Stansiyaya (BKS) gedən heyətin tərkibində dəyişiklik edib.

 

TED.az xəbər verir ki, sentyabrda stansiyaya əvvəlcə nəzərdə tutulduğu kimi 4 deyil, 2 kosmonavt gedəcək. Onlardan biri ABŞ, digəri isə Rusiya vətəndaşıdır. Digər 2 kosmonavtın uçuşu 2025-ci ilə təxirə salınıb.

 

NASA bu yolla iyundan Yerə qayıda bilməyən 2 kosmonavtı ABŞ-a gətirmək istəyir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox