Niyə “Dayan” nişanının digər yol nişanlarından fərqli olaraq səkkiz küncü var?
Yollarda ən çox gördüyümüz nişanlardan biri də “Dayan” nişanıdır. Nəzərə alsaq ki, yol nişanları ümumiyyətlə dairəvi formadadır, niyə dayanma nişanının səkkizbucaqlı forması ola bilər?
Bəri başdan qeyd edək ki, bu yeni hazırlanmış bir dizayn deyil. Çünki bu formanın arxasında uzun bir tarix var.
"Dayan" nişanının mənşəyi avtomobilin ilk dövrlərinə gedib çıxır. O vaxt yol hərəkəti qaydaları hələ formalaşmadığından səyahətlər son dərəcə xaotik idi. Bu çaşqınlığın qarşısını almaq üçün amerikalı iş adamı Uilyam Felps Eno yol təhlükəsizliyi ilə bağlı ilk qaydaları təklif etdi. Dayanma nişanı bu qaydalar çərçivəsində piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib.
1923-cü ildə Mississippi Vadisi Dövlət Yol İdarələri Assosiasiyası tərəfindən yaradılan yol nişanı sxemində dayanma nişanının formasının səkkizbucaqlı olması müəyyən edilmişdir. Bu sistemdə işarələr təhlükə səviyyəsinə görə sıralanır - dairə ən yüksək təhlükə olaraq təyin edilir, ondan sonra isə səkkizbucaqlı gəlir.
Səkkizbucağın özünəməxsus forması onu digər əlamətlərdən fərqləndirir və daha diqqətçəkən edir. Səkkiz tərəfli quruluş sürücülərin bu nişanı uzaqdan tanımasını və başa düşməsini asanlaşdırır. Beləliklə, sürücülər kəsişmələrdə dayanmalı olduqlarını daha tez anlaya bilərlər.
Bu forma həm də yol nişanlarının tipik formalarına uyğun gəlmədiyi üçün diqqəti cəlb edir. Arxa tərəfdən baxıldığında belə fərqli formaya malik olan dayanma nişanı sürücülərin onu dərhal fərqləndirməsinə imkan verən mühüm formaya malikdir.
TED + bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












