“e-su” portalının təqdimatı olub
Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Kommunal xidmətlər (su təchizatı)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində nəzərdə tutulmuş “Su şəbəkəsinə qoşulma” ilə bağlı sahibkarların və maraqlı tərəflərin məlumatlandırılması üçün tədbir keçirilib.
TED.az xəbər verir ki, oktyabrın 23-də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə 2024-cü il Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə “Su təchizatı şəbəkəsinə qoşulma” ilə bağlı qaydalar və onlara edilmiş dəyişikliklər, yeni qaydaların qüvvəyə minməsi və təsdiq olunması barədə ictimaiyyətin, biznes assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının və bu sahədə maraqlı tərəflərin məlumatlandırılması üçün məlumat kitabçasının, videoçarxın və qurumun yeni internet səhifəsinin və təkmilləşdirilmiş “e-su” portalının təqdimatı olub.
Tədbirdə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müavini Cabbar Cabbarlı açaraq Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın fəaliyyətindən söz açıb, “Su şəbəkəsinə qoşulma”nın yeni qaydalarının qüvvəyə minmə səbəblərindən danışıb, bu qaydaların tətbiqi nəticəsində abonent məmnuniyyətinin yüksələcəyinə əminliyini vurğulayıb.
Regional Su Melorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini Elşən Həsənzadə su təchizatına qoşulmanın yeni qaydaları barədə təqdimat və maarifləndirmə tədbirlərinin bölgələrdə də keçirilməsinin vacibliyindən danışıb və bu istiqamətdə görülən işlərdən söz açıb.
ADSEA-nın şöbə müdiri Yusif Əhədi Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı qaydalar və onlara edilmiş dəyişikliklər barədə təqdimat nümayiş etdirib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu yeni qaydaların qüvvəyə minməsi və təsdiq olunması barədə ictimaiyyətin, Biznes assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının və bu sahədə maraqlı tərəflərin məlumatlandırılması üçün “Məlumat kitabçaları”ı, videoçarxın və qurumun yeni internet səhifəsinin təqdim edib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin şöbə müdirinin müavini müdiri Rüfət Atakişiyev yeni hazırlanmış “e-su” portalını nümayiş etdirib.
Təqdimatlardan sonra su şəbəkəsinə qoşulma proseslərinin icrası zamanı yarana biləcək çətinliklərin aradan qaldırılması mövzusunda müzakirələr aparılıb, jurnalistlərin və QHT nümayəndələrinin sualları cavablandırılıb.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











