“AccessBank”ın “Bizdən Biznesə” layihəsinə 400-dən çox startap layihəsi ilə müraciət daxil olub
“AccessBank” Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə həyata keçirdiyi “Bizdən Biznesə” startap müsabiqəsinə müraciətlərin qəbulunun başa çatdığını elan edir.
Bir ay ərzində (24 oktyabr - 24 noyabr) müsabiqəyə qoşulmaq üçün Bakıdan və Azərbaycanın müxtəlif bölgələrindən müraciətlər daxil olub.
Müsabiqəyə təqdim olunan layihələr müxtəlif sahələri, o cümlədən rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, istehsalat, ticarət və xidmət kimi sahələri əhatə edir.
Artıq bu gündən etibarən iştirakçıların ərizələri xüsusi komissiya tərəfindən təhlil edilərək Münsiflər Heyətinə təqdim ediləcək. Bu zaman innovativlik, davamlı inkişaf, iqtisadi səmərəlilik və cəmiyyətə müsbət təsir potensialı kimi meyarlara uyğun gələn layihələr nəzərə alınacaq.
Qalib layihələr 25 dekabr tarixində elan olunacaq.
“Bizdən-Biznesə” layihəsinə olan yüksək maraq bizi çox sevindirir. 400-dən artıq müraciətin daxil olması sürətlə dəyişən iqtisadi şəraitdə kiçik və orta bizneslərin bu formatda dəstəyə ehtiyacının olduğunu sübut edir. “AccessBank” olaraq müasir sahibkarlıq mühitinin formalaşmasına töhfə verməkdən qürur duyuruq, çünki daxil olunan hər bir layihə təkcə biznes ideyası deyil, həm də iqtisadiyyata, yeni iş yerlərinin yaradılmasına və həyat keyfiyyətinin yaxşılaşdırılmasına doğru bir addımdır”, - deyə “AccessBank”ın İdarə Heyətinin üzvü Renat Hümbətov deyib.
“Bizdən Biznesə” layihəsinin ümumi mükafat fondu 60 min manat təşkil edir. I yerin sahibinə biznes planın həyata keçirilməsi üçün bank tərəfindən 25 min manat, II yerin sahibinə 20 min manat, III yerin sahibinə isə 15 min manat dəyərində mükafat təqdim edilir.
Layihə haqında daha ətraflı məlumat almaq və müraciət etmək üçün: www.accessbank.az/az/bizdenbiznese
“AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir:.ly/accessbank-filiallar
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (feysbuk, instaqram, linkedin) müraciət edə bilərsiniz.
“AccessBank” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2002-ci il 25 oktyabr tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Startaplar bölməsindən digər xəbərlər
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Windows 11 Dekabr Yeniləmə Sınağı
200 Meqapikselli Kameralar 2026-cı ildə Trend Ola Bilər!
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Redmi Note 15 Pro Seriyası Qlobal miqyasda Təqdim Edildi!
iOS-da Yeni Dövr: ChatGPT və Alternativ Mağazalar Siri-ni Əvəz Edir
iPhone 18 Dizaynı Sızdırıldı!
Samsung Galaxy Z TriFold saniyələr içində satıldı!
Meta Səs Emalında İnqilab Edir
BMW Yeni “M” Tətbiqlərini Elan Edir!
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Honor Magic8 Mini ilə bağlı maraqlı sızmalar
Toyota Yeni Elektrikli SUV, Urban Cruiser-i Təqdim Edir!
Çin Avtomatik Qapı Dəstəklərinə Müharibə Elan Edir
Coursera və Udemy birləşir!
Xiaomi, 2026-cı il SU7 Modeli ilə Tesla-ya meydan oxuyacaq!
Həftənin ən çox oxunanları
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
EA Satışı üçün Kritik Təsdiq!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Yeni Jeep Compass Tezliklə Gələcək!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

