AZ

“Nağdsız hesablaşmalar haqqında” Qanuna dəyişikliklər edilir

 

b22d2e4906419ec5959b97d23c3dd4f6.jpg
27.11.2024 12:40

“Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

 

TED.az xəbər verir ki, bu məsələ Milli Məclisin noyabrın 27-də keçirilən iclasının gündəliyinə daxil edilib.

 

Sənəd layihəsinə əsasən, Qanunun 3.3-cü maddəsində “otuz min manatdan” sözləri “əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizindən” sözləri ilə əvəz edilir və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə olunur:

 

“Bu maddənin birinci cümləsində nəzərdə tutulan halda əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi otuz min manatdan az olduqda, təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq olan hesablaşmalar üzrə, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi əlli min manatdan çox olduqda isə təqvim ayı ərzində ümumi məbləği əlli min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir”.

 

Qanuna təklif edilən dəyişiklik təsdiqlənəcəyi təqdirə 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox