AZ

Paytaxtda 133 nömrəli marşrut xətti üzrə elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb

 

be587a55b3dec82bfad191b2a5dbd7fe.jpg
02.12.2024 10:57

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) dayanıqlı və təhlükəsiz ictimai nəqliyyatın təşkili, avtobus parkının yenilənməsi istiqamətdə davamlı tədbirlər həyata keçirir.

 

AYNA-dan TED.az-a bildirilib ki, “Çinar Trans” MMC-nin istismarında olan 133 nömrəli marşrut xətti üzrə “Yutonq” markalı elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb.

 

Elektrik mühərrikli avtobuslar sıfır emissiya texnologiyası ilə təchiz edilib ki, bu da ətraf mühitin qorunmasına mühüm töhfə verir. Bununla yanaşı, avtobuslar sərnişinlərin rahatlığı üçün ən son texnologiyalarla təchiz olunub.

TED + bölməsindən digər xəbərlər

Daha çox