AZ

Dünyanın ən populyar internet brauzerlərinin adları açıqlanıb

 

c55eaa4e48423d27ec56d9fdcff17af5.jpg
04.12.2024 10:57

"Statcounter" analitikləri brauzerlərin istifadəsi ilə bağlı noyabr məlumatlarını dərc ediblər.

 

TED.az  bu barədə Gazeta.ru-ya istinadən məlumat verir.

 

Statistikaya görə, "Google Chrome" liderliyi davam etdirir və payını rekord həddə - 66.31%-ə qədər artırıb. Bu, oktyabr ayı ilə müqayisədə 1.09%, ötən illə müqayisədə isə 4.25% çoxdur.

 

İkinci yerdə "Microsoft Edge" qərarlaşıb, onun payı 0.69% azalaraq 12.87%-ə düşüb. İllik artım 11.23% olsa da, "Edge" "Chrome" ilə rəqabətdə çətinlik çəkir ki, bu da qismən "Windows" istifadəçiləri üçün brauzerin aqressiv şəkildə təbliğ edilməsinin yaratdığı narazılıqla bağlıdır.

 

Üçüncü yerdə 9.13% payla "Safari" qərarlaşıb və onun payı 0.07% artıb. "Firefox" 6.45% (+0.06%) göstərici ilə dördüncü yerdəki mövqeyini qoruyur, ilk beşliyi isə 2.81% (-0.39%) payla "Opera" tamamlayır.

Dünya bölməsindən digər xəbərlər

Daha çox