AZ

Mina qurbanları və onların ailə üzvləri üçün "Rəqəmsal Marketinq" təlimləri təşkil olunub

ccd48786be6a8a0690d9ce2ef0327b6f.jpg
04.12.2024 12:37

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin "Technest" layihəsi çərçivəsində Mina qurbanları və onların ailə üzvləri üçün nəzərdə tutulan "Rəqəmsal Marketinq" təlimləri başa çatıb. "Eduaz Co" MMC-nin təşkilatçılığı ilə 4 ay davam edən təlim həm onlayn, həm də canlı onlayn formatında iştirakçılar üçün əlçatan olub. Proqram çərçivəsində 20 nəfər təlimlərə cəlb edilib. 

 

Proqramın yekunlarına həsr olunan tədbir Təttər rayonunda təşkil olunub. Tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, ANAMA-nın, Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının, Beynəlxalq Avrasiya Mətbuat Fondunun, «Eduaz Co» MMC-nin nümayəndələri iştirak ediblər. Tədbirdə içtirakçıları çıxış edərək bu tip təlimlərin vabidliyi qeyd ediblər.

 

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub, xatirə şəkilləri çəkilib.

 

 

TED + bölməsindən digər xəbərlər

Daha çox