AZ

Sabahdan Azərbaycanda yeddigünlük bayram tətili başlayır

 
 

e3043c66378a19c415aa4a111b4c0f7b.jpg
27.12.2024 18:57

Sabahdan Azərbaycanda yeddi gün qeyri-iş günü olacaq.

 

TED.az xəbər verir ki, ölkədə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramıdır.

 

Nazirlər Kabinetini qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

 

Beləliklə, Yeni ildə Azərbaycanda ardıcıl olaraq yeddi gün - 30, 31 dekabr, 1, 2, 3, 4,5 (şənbə-bazar) yanvar qeyri-iş günüdür.

 

Bayram tətilindən sonra ilk iş günü yanvarın 6-na təsadüf edəcək.

 

Bundan başqa, tətillə əlaqədar təhsil müəssisələrində bayramdan sonra ilk dərs günü beşgünlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 6 yanvar, altıgünlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 2025-ci ilin 4 yanvar tarixində olacaq.

TED + bölməsindən digər xəbərlər

Daha çox