Agentlik rəhbəri diplomların tanınması üzrə ən çox müraciət qeydə alınan ixtisasların adlarını açıqlayıb
Cari ildə kvalifikasiyaların tanınması üzrə ən çox müraciət Rusiya Federasiyası (1841), Türkiyə Respublikası (1616), Ukrayna (1377), Gürcüstan (296) və Birləşmiş Krallıqdan (189) əldə olunan kvalifikasiyalar üzrə qeydiyyata alınıb.
TED.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov dekabrın 25-də keçirilən brifinqdə deyib. O bildirib ki, ən çox müraciət olunan ixtisaslar siyahısına hüquqşünaslıq, maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi və tibb daxildir.
Tural Əhmədov vətəndaşların ali təhsil müəssisəsi seçməzdən öncə agentliyin saytında qeyd olunan siyahıları nəzərdən keçirməsinin vacibliyini vurğulayıb.