Şagirdlər 2025-ci ildə daşıyıcı raketlə kosmik orbitə “PocketQube” piko-peykini buraxacaqlar
“Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi” çərçivəsində Təlimçilərin Təlimi (TOT) proqramının uğurla başa çatması münasibətilə təltifetmə mərasimi keçirilib. Müsabiqə “Azərkosmos”un KOSMİK Akademiyasının təşkilatçılığı, Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyi, “PAŞA Holdinq”, Azərbaycan Respublikası Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Braziliya Kosmik Agentliyi və “IDEIA Space” şirkətinin dəstəyi ilə reallaşıb.
“Azərkosmos”dan TED.az-a bildirilib ki, tədbir çərçivəsində şagirdlər 2025-ci ildə daşıyıcı raketlə kosmik orbitə “PocketQube” piko-peykini buraxacaqlar. Layihə, gənc nəsli kosmik tədqiqatlara yönləndirmək, onların texniki biliklərini artırmaq və ölkəmizin kosmos sahəsində mövqeyini möhkəmləndirmək məqsədi daşıyır.