AZ

Ağdam Sənaye Parkında yeni rezident qeydiyyata alınıb

 

85d288425492bef3359ceec81ebfeb8e.jpg
24.12.2024 11:40

“Met Invest2” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 29-a çatıb.

 

Agentlikdən TED.az-a bildirilib ki, yeni rezident tərəfindən Sənaye Parkının ərazisində metal məmulatların istehsalı layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində illik istehsal gücü 144 min ton olan armatur, künclük və polad məftil istehsalı zavodu inşa ediləcək. İnvestisiya dəyəri 18 milyon manat olan müəssisədə 150 nəfərlik daimi iş yerinin yaradılması planlaşdırılır.

 

Avropa, Türkiyə, Çin kimi qabaqcıl ölkələrin texnologiyalarından istifadə ediləcək müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.

TED + bölməsindən digər xəbərlər

Daha çox