Təhsildə Keyfiyyət Təminatı Agentliyi 6 yeni peşə ixtisası üzrə qiymətləndirmə və tanınma həyata keçirib
Cari ildə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) 6 yeni peşə ixtisası (avtomobil mühərrikləri yığıcısı, kargüzar, mühafizəçi, poliqrafiya üzrə dizayner, kompüter operatoru, inşaat ustası) üzrə qiymətləndirmə və tanınma həyata keçirilib.
TED.az xəbər verir ki, bunu TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov dekabrın 25-də keçirilən brifinqdə deyib. O bildirib ki, qeyri-formal və informal təhsil üzrə TKTA tərəfindən qiymətləndirmə və tanınması həyata keçirilən peşə ixtisaslarının sayı 20-dən 26-ya çatdırılıb: “Cari il ərzində ümumilikdə 240 nəfər ərizəçi biliklərin qiymətləndirilməsi mərhələsinə cəlb edilib. Onlardan 192 nəfərin nəticələri məqbul hesab edilərək ikinci mərhələyə keçib, 48 nəfər isə qeyri-məqbul nəticə göstərib. İkinci mərhələdə bacarıq, təcrübə və səriştələrin qiymətləndirilməsi davam edir”.