AZ

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qusarda vətəndaşlarla görüşəcək

 

9e4e089f2459278e2f08699f5a3881a3.jpg
16.01.2025 11:57

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev yanvarın 24-də Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Quba, Xaçmaz və Qusar rayonlarının sakinləri ilə görüşəcək.

 

Nazirlikdən TED.az-a verilən məlumata əsasən, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

 

Qəbula yanvarın 23-dək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

 

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda yanvar ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox