“Azərişıq” Çin şirkəti ilə yeni qarşılıqlı əlaqələr və əməkdaşlıq məqsədli danışıqlar aparıb (FOTO)
Bakıda keçirilmiş COP29 tədbiri çərçivəsində “Azərişıq” ASC Çinin "DongFang Electronics" şirkəti ilə yeni qarşılıqlı əlaqələr və əməkdaşlıq məqsədli danışıqlar aparıb.
TED.az xəbər verir ki, görüşün məqsədi davam edən əməkdaşlıq çərçivəsində “Azərişıq” ASC-nin rəhbər heyətinin 2024-cü il dekabrın 5-də Çinin Yantay şəhərində yerləşən "DonqFang Electronics" şirkətinin təqdim etdiyi innovativ texnologiyalar, məhsullar və beynəlxalq layihələr barədə məlumatlandırılmasıdır.
"DonqFang Electronics" şirkəti "Ağıllı Şəbəkə" sistemlərinin yaradılması və idarə edilməsi sahəsində böyük təcrübəyə malik olmaqla, bu yöndə bir çox ölkələrdə uğurlu layihələr həyata keçirib.
Bundan başqa şirkət günəş panellərinin, enerji saxlama sistemlərinin və SCADA vasitəsilə idarəetmə həllərinin istehsalında ixtisaslaşıb. Bu sistemlərin tətbiqi ilə enerji istehlakında qənaət təmin olunur. Buna misal olaraq Ukraynada enerji saxlama deposu və Şandonq əyalətində 22 MVt gücündə günəş örtüyü panelləri layihələri uğurla reallaşdırılıb.
Səfər zamanı "DonqFang Electronics" şirkətinin istehsal müəssisələri ilə tanışlıq da həyata keçirilib. Burada amorf nüvəli üçbucaq tipli transformatorlar, yüksək dəqiqlikli hesabat sayğacları və kameralı sayğac qutuları nümayiş olunub. Smart sayğaclar xüsusi diqqət çəkib, çünki onlar müasir rabitə protokolları (RS, GPRS, PLC) ilə təchiz olunub və qaz, su, elektrik enerjisi üçün birgə sayğac funksiyası təklif edir.
Əməkdaşlığın davamı olaraq “Dongfang Electronics Corporation”ın rəhbər heyəti Bakıya səfər edib. 13-19 yanvar tarixlərini əhatə edən səfər çərçivəsində korporasiyanın Baş Direktor müavini Şitan Cao, Mərkəzi Asiya filialının direktoru Vei Liu, Baş menecerin məsləhətçisi Dmitri Jarovski və digər rəsmi şəxslərdən ibarət 9 nəfərlik heyət “Azərişıq” ASC-nin rəhbər şəxsləri ilə görüş keçirib. Bu əməkdaşlıq tərəflər arasında innovativ yeniliklər və təcrübə mübadiləsi məqsədi daşıyıb.
Bakıda keçirilən görüşlərdən sonra yanvarın 16-da qonaqlar “Azərişıq” ASC-nin işğaldan azad olunmuş ərazilərdə apardığı yenidənqurma, bərpa işləri ilə tanış olmaq üçün Füzuli, Hadruta səfər ediblər.
Qısa zaman ərzində aparılan yenidənqurma işləri barəsində qonaqlara ətraflı məlumat verilib. Səfər zamanı tərəflər arasında elektrik təsərrüfatının müasir standartlara uyğun olaraq qurulması və yeni əməkdaşlıqlar sahəsində təcrübə mübadiləsi aparılıb.
Qeyd edək ki, səfər yanvarın 17-si Şuşa şəhərində başa çatacaq.
TED + bölməsindən digər xəbərlər
Android 16 Əsaslı HyperOS 3.1 Yeniləməsi Hazırdır
Galaxy S27 Ultra Kamera Texnologiyasında İnqilaba Hazırlaşır
Xiaomi 18
HONOR MWC 2026-nı süni intellekt və qeyri-adi telefonla canlandırır
Əlvida ChatGPT: Kloda Bir Kliklə Pulsuz Transfer!
Fərdi Alış-veriş Dövrü Meta Süni İntellektlə Başlayır!
HONOR-un Robot Telefonu və Yeni Texnologiyaları ilə Təcrübə Etdik
Xbox Game Pass Mart Oyunları Elan Edildi!
Samsung Çəkdikcə Uzanan Bir Ekran Təqdim Edir!
ChatGPT üçün Təbii Dil Yeniləməsi Buraxıldı!
Apple Pro Display XDR Tarixdir!
Dünyada İlk: Honor Robot Telefonu Təqdim Edildi
S Pen istehsalı dayandırılacaqmı?
Tramp Anthropic-i Qadağan Edir!
TECNO, MWC 2026-da Lamborghini Telefonunu Təqdim Edir
Xiaomi Vision Gran Turismo MWC 2026-da Damğa Qaldırır
Yaş təsdiqi olmadan kompüterdən istifadə etmək olmaz!
MKİ Apple-a həyəcan verici xəbərdarlıq edir!
Anker MWC 2026-da Yeni Məhsullarını Təqdim Edir
Apple iOS 26.4 və iPadOS 26.4 Beta 3-ü Buraxdı
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Məşhur Kompüter İstehsalçılarının Veb Sayt Qadağası Ləğv Edildi!
iOS 26.4 Beta 2 Yeniləməsi Nə Təklif Edir?
Elektrikli Lamborghini Xəyalı Bitdi!
Panasonic Rəsmi olaraq İstehsalını Dayandırır!
Süni İntellekt Pulsuz Tətbiqlərə Son Qoyacaq
Meta və AMD süni intellektdə yeni bir dövrə başlayır
Həftənin ən çox oxunanları
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Anker MWC 2026-da Yeni Məhsullarını Təqdim Edir
Apple iOS 26.4 və iPadOS 26.4 Beta 3-ü Buraxdı
Yaş təsdiqi olmadan kompüterdən istifadə etmək olmaz!
Xiaomi Vision Gran Turismo MWC 2026-da Damğa Qaldırır
Dünyada İlk: Honor Robot Telefonu Təqdim Edildi
TECNO, MWC 2026-da Lamborghini Telefonunu Təqdim Edir



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD



