Süni intellektlə hazırlanan nanomaterial avtomobil və müdafiə texnologiyalarında inqilabi dəyişikliklər edə biləcək - TƏDQİQAT
Toronto Universitetinin və “Caltech”in tədqiqatçıları süni intellekt və 3D çap texnologiyalarından istifadə edərək titandan beş dəfə güclü, eyni zamanda, son dərəcə yüngül yeni nanomaterial hazırlayıblar. Bu innovativ materialın aerokosmik sənayedə, avtomobil və müdafiə texnologiyalarında inqilabi dəyişikliklər edə biləcəyi bildirilir.
TED.az “Live Science” portalına istinadla xəbər verir ki, tədqiqatçılar əvvəlcə materialın potensial həndəsi quruluşlarını simulyasiya edərək maşın öyrənmə alqoritminə ötürüblər. Alqoritm optimal dizaynları müəyyən edərək yükdaşıma qabiliyyətini maksimuma çatdırıb və stress konsentrasiyasını azaldıb. Nəticədə 3D çapla istehsal edilən nanolatikalar hər kiloqramkubmetr üçün 2,03 meqapaskal təzyiqə tab gətirə bilən misilsiz gücə malik olub.
Tədqiqatın həmmüəllifi, Toronto Universitetinin professoru Tobin Filleter bu materialın təyyarə, helikopter və kosmik gəmilərdə istifadəsinin uçuş zamanı yanacaq sərfiyyatını əhəmiyyətli dərəcədə azalda biləcəyini vurğulayıb. İlk müəllif, “Caltech” tədqiqatçısı Peter Serles isə bildirir ki, əgər təyyarələrdəki titan komponentlər bu yeni materialla əvəz edilsə, hər kiloqram üçün ildə 80 litr yanacağa qənaət edilə bilər.
Bu yenilik “Advanced Materials” jurnalında dərc olunub və gələcək hədəf materialın iri miqyaslı istehsalına uyğunlaşdırılmasıdır. Bu texnologiya avtomobil sənayesində də daha güclü və yüngül komponentlərin hazırlanmasına töhfə verə bilər.
Dünya bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












