AZ

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi Böyük Britaniyada iki müsabiqənin qalibi olub

 

47a3ef68c136b9da8bf6a376f258d246.jpeg
27.02.2025 11:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) Böyük Britaniyanın “Global Financial Market Review” beynəlxalq jurnalının “Global Financial Market Review – Awards 2025” müsabiqəsində qalib seçilib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən TED.az-a verilən məlumata görə, Mərkəzin müsabiqəyə ölkəmizdə pensiyanın proaktiv şəkildə təyin edilməsi mexanizmi haqqında təqdim etdiyi iş “Ən yaxşı pensiya texnologiyası həlli” nominasiyası üzrə mükafata layiq görülüb.

 

DOST RİM, həmçinin Böyük Britaniyanın “International Elite 100 Limited” qurumunun təşkil etdiyi “International Elite 100 Awards” müsabiqəsində “İlin sosial texnologiyalar təchizatçısı” nominasiyası üzrə mükafata layiq görülüb.

 

Qeyd edək ki, hər iki müsabiqədə müxtəlif ölkələrdən 300-dək qurum təmsil olunub.

TED + bölməsindən digər xəbərlər

Daha çox