"Masaüstü intellektual oyunun köməyilə Qarabağ tarixinin interaktiv öyrədilməsi" layihəsinin yarışı və bağlanış mərasimi keçirilib
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gəlmiş bu layihənin yarış və bağlanışında Tovuz şəhər M.Ələkbərov adına tam orta məktəbin direktoru Sadiq Rəhimov, müəllimlər və şagirdlər iştirak edib.
TED.az xəbər verir ki, Məktəblərarası Masaüstü intelektual oyunun köməyi ilə Qarabağ tarixinin öyrədilməsi məqsədi ilə təşkil olunan yarışmada Müşfiq Əliyev adına tam orta məktəb komandası, Mahir Ələkbərov adına fizika riyaziyyat və informatika təmayüllü lisey komandası və 1-ci yerin qalibləri Q.Rzayev adına Hacallı kənd tam orta məktəbinin "Dəmir Yumruq" komandası iştirak edib. İştirakçılar sonda sertifikatla təltif ediliblər.
Layihə çərçivəsində "Bilgə Qarabağ" adlı intellektual oyun vasitəsilə Qarabağın tarixi, mədəniyyəti və incəsənətinin interaktiv şəkildə öyrədilməsi planlaşdırılmışdır. İlkin mərhələdə, Türkiyə və Azərbaycandan 4 nəfərlik ekspert qrupu formalaşdırılıb və oyunun məzmunu hazırlanmışdır. Təlimat videosu çəkilib yayımlandıqdan sonra oyunlar çap edilib Azərbaycana gətirilmişdir. Daha sonra rəsmi şəxslər və digər qonaqların iştirakı ilə təqdimat mərasimi keçirilib və oyunun məktəblərdə istifadəsi ilə bağlı təlimlər verilmişdir.
Xatırladırıq ki, layihənin məqsədi Qarabağın tarixini, mədəniyyətini və incəsənətini məktəblilər arasında təbliğ etmək və onların bu mövzuda biliklərini zənginləşdirməkdir. Layihə çərçivəsində şagirdlərin Qarabağ mədəniyyəti ilə tanış olması və məktəbdaxili zəka müsabiqələrində iştirak etməsi nəzərdə tutulmuşdur.
Elm bölməsindən digər xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












