AZ

ROKETSAN Naviqasiya Sistemləri Hansılardır?

08e18e769d1a02c86ee47690fca6106b.jpg
14.03.2025 15:57

ROKETSAN tərəfindən istehsal olunan naviqasiya sistemləri və onların xüsusiyyətləri hansılardır?

 
ROKETSAN 1988-ci ildə Türkiyə Silahlı Qüvvələrinin raket ehtiyaclarını qarşılamaq üçün yaradılıb. Bu gün şirkət quru, hava və dəniz sistemləri ilə yanaşı, kosmik sistemlər üzərində işləyir, həmçinin öz fəaliyyət sahəsinə aid ehtiyaclara uyğun olaraq lazımi alt sistemlər istehsal edir.
 

Bu baxımdan müxtəlif naviqasiya sistemlərinin istehsalı ROKETSAN tərəfindən həyata keçirilir.

 
Peyk Əsaslı Qlobal Naviqasiya Sistemi Qəbuledicisi
 
 
Peyk Əsaslı Qlobal Naviqasiya Sistemi Qəbuledicisi dizayn, istehsal və sınaq infrastrukturu tamamilə ROKETSAN-a məxsus olan, İTAR məhdudiyyətlərinə tabe olmayan qlobal yerləşdirmə sistemi qəbuledicisidir. GPS, GLONASS və GALILEO peyk sistemlərindən istifadə edən qəbuledici müxtəlif platformalarda istifadə üçün əlverişlidir.
 
 
Yerləşdirmə dəqiqliyi: ≤ 10 metr
Sürət: ≥ 1400 m/s
Hündürlük: ≥ 40,000
Ölçülər: 108mm x 38mm
Çəki: 340 qram

Çoxsistemli və Çoxtezlikli Qlobal Naviqasiya Sistemi Qəbuledicisi

 
Birdən çox tezlikdə mülki kodlu siqnallardan istifadə edən qəbuledici bu xüsusiyyət və alqoritm, proqram səviyyəsində edilən təkmilləşdirmələrlə qarışdırmaya qarşı qorumalı hala gətirilib. Bütün qlobal yerləşdirmə sistemlərindən (GPS, GLONASS, GALILEO, BEIDOU) eyni vaxtda istifadə edir.

 
“TurNa-TM” və “TurNa TK” Taktiki Səviyyə FOD Əsaslı Ətalətli Ölçmə Vahidinin texniki xüsusiyyətləri

 
“TurNa-TM” və “TurNa TK” Taktiki Səviyyə FOD Əsaslı Ətalətli Ölçmə Vahidi 3 fiber optik giroskop (FOD) və 3 MEMS akselerometri olan taktiki səviyyəli ətalətli ölçü vahididir. Raketlərdə, idarə olunan sursatlarda, Pilotsuz Uçuş Aparatları (PUA) və bəzi digər sistemlərin uçuş idarəetmə sistemlərində istifadə oluna bilər.
 
 

Dünya bölməsindən digər xəbərlər

Daha çox