AZ

“TikTok” uşaqların müdafiəsinə yönəlmiş yeni funksiyalar təqdim edib

 

3a20564dfd1787cee49e4745f6c76353.jpg
14.03.2025 16:40

Çinin “TikTok” sosial şəbəkəsi bəzi vacib dəyişiklikləri gizlədən böyük yenilənmə təqdim edib. Yeni funksiyalar yetkinlik yaşına çatmayanların təhlükəsizliyi və valideyn nəzarəti ilə bağlıdır.

 

TED.az “TechCrunch” nəşrinə istinadla xəbər verir ki, artıq valideynlər övladlarının hara abunə olduğunu və abunəçilərini izləyə, həmçinin kimləri bloka saldığını görə biləcəklər.

 

“Time Away” adlı yeni funksiya ilə valideynlərin təyin etdiyi vaxt ərzində, məsələn, məktəbdə olan zaman və ya gecə vaxtı “TikTok” uşaqlar üçün deaktiv olacaq.

 

Yaxın aylarda “TikTok” uşaqların hansı videolardan şikayət etdikləri ilə bağlı valideynlərə xəbərdarlıq göndərəcək.

 

Bundan başqa, “TikTok” 16 yaşdan aşağı uşaqlara gecə vaxtı tətbiqi bağlamağı təklif edəcək. Əgər onlar 22:00-dan sonra onu açsalar, “TikTok” sakitləşdirici musiqi səsləndirərək dincəlməyi təklif edəcək.

Dünya bölməsindən digər xəbərlər

Daha çox