Azərbaycanlı tələbə: Ən böyük arzum ölkəmin kosmik sahə üzrə inkişafına töhfə verməkdir
Türkiyədə keçdiyimiz təcrübə mübadiləsi qardaş ölkənin kosmos, aerokosmik mühəndislik və bu kimi bir çox sahələri ilə yaxından tanış olmaqla yanaşı, praktiki biliklər əldə etməyimizə də faydalı oldu. Burada bir çox yeniliklər, o cümlədən kosmik sahə üzrə Türkiyənin ilkləri ilə yaxından tanış olmaq imkanı əldə etdik.
Bu sözləri TED.az-a müsahibəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) SABAH qrupları kompüter mühəndisliyi ixtisasının tələbəsi Mehbarə Heydərova söyləyib.
Tələbələrimizin iştirakı ilə Türkiyədə kosmos, aerokosmos, aviasiya, innovasiyalar, texniki elmlər, süni intellekt və mühəndislik sahələrində təcrübə mübadiləsində iştirak edən Mehbarə deyib: “Bu səfər mənim gələcəyə baxışımı formalaşdırır. Gələcək üçün ən böyük arzum kompüter mühəndisliyi üzrə savadlı bir kadr olaraq ölkəmin kosmik sahə üzrə inkişafına töhfə verməkdir. Bu imkanı bizə verən hər kəsə təşəkkür edirəm”.
Xatırladaq ki, Azərbaycan universitetlərinin tələbələri kosmos, aerokosmos, aviasiya, innovasiyalar, texniki elmlər, süni intellekt və mühəndislik sahələrində Türkiyədə təcrübə mübadiləsi keçirlər.
“Azərkosmos”un KOSMİK Akademiyasının təşkilatçılığı və Türkiyənin Gökmen Aerokosmik və Aviasiya Mərkəzinin (GUHEM-Gökmen Uzay ve Havacılık Merkezi) dəstəyi, eləcə də Azərbaycanın Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və SABAH qruplarının əməkdaşlığı ilə həyata keçirilən layihəyə üç şəhid və qazi övladı cəlb olunub.
Dünya bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












