"Kapital Bank"ın dəstəyi ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı başa çatdı
Ötən gün “Təhsil oyunları platforması” layihəsi çərçivəsində şagirdlər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib. İki mərhələdən ibarət olan çempionatın seçim turu onlayn formatda baş tutub.
Final mərhələsində Bakı, Sumqayıt, Ucar, Quba, Lənkəran, Astara, Saatlı, İsmayıllı, Goranboy, Şəki, Şirvan, Gəncə, Balakən, Ağdam, Cəbrayıl məktəblilərindən ibarət 39 komanda iştirak edib.
Finalçıların bilikləri 3 tur olmaqla ümumilikdə 36 sualla sınağa çəkilib. Final oyunun nəticələrinə əsasən, VI-IX sinif şagirdləri arasında Bakı şəhəri Humanitar fənlər təmayüllü məktəb-liseyinin “Golden Humanitar” komandası çempionatın üçüncüsü seçilib. Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin “Second RT team” komandası ikinci yerdə qərarlaşıb. Saatlı rayonu Əlisoltanlı kənd tam orta məktəbinin “Birlik” komandası isə bilik yarışında birinci ola bilib.
X-XI sinif şagirdləri arasında keçirilən yarışda isə üçüncü yerə Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyasının “Dahilər” komandası sahib çıxıb. Şirvan şəhəri 1 nömrəli tam orta məktəbin “Moonlight” komandası ikinci seçilib, Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin “Zəkalar Sr” komandası isə birincilik adına layiq olub.
Qalib komandalar kubok, medal, diplom və hədiyyələrlə təltif ediliblər.
Qeyd edək ki, məktəblilərin intellektual platforması olan “Nə? Harada? Nə zaman?” oyunu “Təhsil oyunları platforması” layihəsi çərçivəsində 2020-ci ildən etibarən Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Kapital Bank-ın dəstəyi ilə həyata keçirilir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — kbl.az/prcrc.
TED + bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












