AzMİU ilə İzmir Bakırçay Universiteti arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova Türkiyənin İzmir Bakırçay Universitetinin rektoru professor Mustafa Berktaş ilə görüşüb. Görüşdə hər iki universitetin nümayəndə heyətləri də iştirak ediblər.
Rektor Gülçöhrə Məmmədova universitet haqqında məlumat verərək bildirib ki, bu il universitetin yaranmasının 50 illiyi ilə qeyd olunacaq və bu dövürdə AzMİU böyük təcrübə qazanıb: "Azərbaycan Memarlıq və İnşaat Universiteti ölkəmizin memarlıq, inşaat mühəndisliyi, dizayn, kommunikasiya sistemləri mühəndisliyi və digər sahələr üzrə ixtisaslı kadrların hazırlanmasında xüsusi rola malikdir. Hazırda 7 fakültə, 30-dan çox ixtisas, 13 minə yaxın tələbə və 500 çox akademik heyət üzvü ilə fəaliyyət göstəririk. Universitetimiz həm tədris, həm də elmi-tədqiqat potensialı ilə seçilir. Biz beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət veririk. Hazırda dünyanın nüfuzlu universitetləri ilə 150-yə yaxın əməkdaşlıq müqaviləmiz, 13 ikili diplom proqramımız mövcuddur. Məqsədimiz tələbələrimizi qlobal elmi-təhsil məkanının bir parçasına çevirmək, tədqiqat yönümlü və beynəlxalq universitet mövqeyimizi daha da gücləndirməkdir."
Rektor Mustafa Berktaş isə çıxışında İzmir Bakırçay Universitetininyeni yaranmasına rəğmən sürətli inkişafına diqqət çəkib: "Bakırçay Universiteti gənc, dinamik və sürətlə inkişaf edən ali təhsil müəssisəsidir. Biz qısa müddətdə Türkiyənin sayılıb-seçilən universitetlərindən birinə çevrilmişik. Burada 7 fakültə, müxtəlif ixtisas proqramları, geniş tələbə auditoriyası və güclü tədqiqat mühiti mövcuddur. Xüsusilə beynəlxalq əməkdaşlığa, mübadilə proqramlarına və birgə layihələrin həyata keçirilməsinə böyük əhəmiyyət veririk. Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə əməkdaşlıq bizim üçün çox dəyərlidir. İnanırıq ki, bu əməkdaşlıq həm universitetlərimiz, həm də ölkələrimiz arasındakı elmi-təhsil əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək."
Görüşdə nümayəndə heyətlərinin üzvləri də çıxış edərək əməkdaşlığın perspektivləri barədə fikirlərini bildiriblər. Müzakirələr zamanı ilkin olaraq əməkdaşlıq üçün yol xəritəsinin hazırlanması və Orhun proqramı çərçivəsində müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi üçün lazımi prosedurların yerinə yetirilməsi barədə razılıq əldə olunub.
Elm bölməsindən digər xəbərlər
Android 16 Əsaslı HyperOS 3.1 Yeniləməsi Hazırdır
Galaxy S27 Ultra Kamera Texnologiyasında İnqilaba Hazırlaşır
Xiaomi 18
HONOR MWC 2026-nı süni intellekt və qeyri-adi telefonla canlandırır
Əlvida ChatGPT: Kloda Bir Kliklə Pulsuz Transfer!
Fərdi Alış-veriş Dövrü Meta Süni İntellektlə Başlayır!
HONOR-un Robot Telefonu və Yeni Texnologiyaları ilə Təcrübə Etdik
Xbox Game Pass Mart Oyunları Elan Edildi!
Samsung Çəkdikcə Uzanan Bir Ekran Təqdim Edir!
ChatGPT üçün Təbii Dil Yeniləməsi Buraxıldı!
Apple Pro Display XDR Tarixdir!
Dünyada İlk: Honor Robot Telefonu Təqdim Edildi
S Pen istehsalı dayandırılacaqmı?
Tramp Anthropic-i Qadağan Edir!
TECNO, MWC 2026-da Lamborghini Telefonunu Təqdim Edir
Xiaomi Vision Gran Turismo MWC 2026-da Damğa Qaldırır
Yaş təsdiqi olmadan kompüterdən istifadə etmək olmaz!
MKİ Apple-a həyəcan verici xəbərdarlıq edir!
Anker MWC 2026-da Yeni Məhsullarını Təqdim Edir
Apple iOS 26.4 və iPadOS 26.4 Beta 3-ü Buraxdı
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Məşhur Kompüter İstehsalçılarının Veb Sayt Qadağası Ləğv Edildi!
iOS 26.4 Beta 2 Yeniləməsi Nə Təklif Edir?
Elektrikli Lamborghini Xəyalı Bitdi!
Panasonic Rəsmi olaraq İstehsalını Dayandırır!
Süni İntellekt Pulsuz Tətbiqlərə Son Qoyacaq
Meta və AMD süni intellektdə yeni bir dövrə başlayır
Həftənin ən çox oxunanları
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Anker MWC 2026-da Yeni Məhsullarını Təqdim Edir
Apple iOS 26.4 və iPadOS 26.4 Beta 3-ü Buraxdı
Yaş təsdiqi olmadan kompüterdən istifadə etmək olmaz!
Xiaomi Vision Gran Turismo MWC 2026-da Damğa Qaldırır
Dünyada İlk: Honor Robot Telefonu Təqdim Edildi
TECNO, MWC 2026-da Lamborghini Telefonunu Təqdim Edir



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD



