AZ

Yeni “Wi-Fi” protokolunda boşluqlar aşkar edilib

9da71bcc18fe60a8c2dc550b90030060.jpg
13.04.2019 10:47

2017-ci ildə Meti Vanhof və Eyal Ronen müasir “Wi-Fi” şəbəkələrində istifadə olunan “WPA2” protokolunda bir sıra boşluqlar aşkar etmişdilər. Bu boşluqlar “KRACK” (Key Reinstallation Attacks) adlandırılmışdı.

 

TED.az-ın məlumatına əsasən, həmin mütəxəssislər hazırda ən yeni “WPA3” protokolunda yeni təhlükəli boşluqlar aşkar ediblər. “Dragonblood” adlı boşluq rabitə qurulması mexanizmindən istifadə edir. Bu zamana kimi ən etibarlı və təhlükəsiz hesab edilən “WPA3” protokolundakı mexanizm “Dragonfly” adlanır.

 

“Wi-Fi Alliance” Beynəlxalq Qeyri-Kommersiya Assosiasiyası artıq “Dragonblood” haqqında məlumatlandırılıb və mütəxəssislərin bu boşluqları aradan qaldırmaları gözlənilir. 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox