İƏT Yaradıcı Həftə Bakı 2025: CulTech-in yüksəlişi və yeni regional yaradıcılıq ekosistemi
5–11 dekabr 2025-ci il tarixlərində İslam Əməkdaşlıq Təşkilatı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə keçiriləcək “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025” çərçivəsində CulTech-in (Mədəniyyət sahəsində texnologiya sahəsi) regional inkişafını əhatə edən xüsusi proqram təqdim olunacaq.
“CulTech” mədəniyyət və texnologiyanın kəsişməsində formalaşan innovativ ekosistem modelidir. Proqramın məqsədi regionun yaradıcı gənclərini bir araya gətirərək rəqəmsal həllər, incəsənət və innovasiya vasitəsilə yeni nəsil kreativ məhsulların yaranmasına şərait yaratmaqdır.
8 dekabr tarixində ICESCO ilə birgə keçiriləcək paneldə CulTech-in regional tətbiqi üçün hazırlanan C-HUB konsepsiyası təqdim olunacaq. C-HUB təlim, hakaton, inkubasiya və scale-up mərhələlərini birləşdirən inkişaf ardıcıllığıdır və İƏT regionunda vahid CulTech ekosisteminin qurulmasına xidmət edir. Konsepsiya Yaradıcı Mərkəz və SUP VC tərəfindən birgə hazırlanıb.
Model artıq Azərbaycanda Yaradıcı Mərkəzin rezidentləri üçün uğurla tətbiq edilir. Növbəti mərhələdə isə Özbəkistan, Qazaxıstan, Türkiyə, Malayziya, BƏƏ və Səudiyyə Ərəbistanı kimi ölkələrdə də həyata keçirilməsi planlaşdırılır. Yaxın gələcəkdə bu coğrafiyanın daha da genişləndirilməsi nəzərdə tutulur.
Festival çərçivəsində “Rəqəmsal dövrdə İslam mədəniyyəti” adlı panel də baş tutacaq. Azərbaycan, Türkiyə, Mərakeş, BƏƏ və Seneqaldan olan ekspertlər rəqəmsallaşmanın İslam mədəni irsinin qorunmasına təsirini, mədəniyyətin yeni media formatlarında təqdim olunmasını və beynəlxalq fəaliyyət modellərini müzakirə edəcəklər.
9 dekabr tarixində keçiriləcək “Invest2Create” paneli yaradıcı sənayelərdə investisiya imkanlarına həsr olunacaq. Region ölkələrindən investorlar və mütəxəssislər kreativ layihələrin investisiya potensialı, kapital axınlarının artırılması və startapların qlobal bazarlara çıxış imkanları haqqında fikir mübadiləsi aparacaqlar.
Həftənin ən ilhamverici hissələrindən biri CulTech məzunlarının TED formatında təqdim ediləcək çıxışları olacaq. Gənclər öz inkişaf hekayələrini, qarşılaşdıqları çətinlikləri və əldə etdikləri nəticələri auditoriya ilə bölüşərək yeni nəsillərə motivasiya verəcəklər.
Festival zamanı həmçinin OAC “Organisation of Artistic Collaboration” tərəfindən CulTech startapları və yaradıcı təşəbbüslər nümayiş etdiriləcək. Bu platforma regionlar arasında mədəni və texnoloji əməkdaşlıq üçün yeni imkanlar yaradır.
“CulTech” mədəniyyət, texnologiya və innovasiyanın birləşdiyi, yeni regional kreativ dalğanın formalaşmasına yol açan çağdaş hərəkatdır.
Texnologiya bölməsindən digər xəbərlər
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Məşhur Kompüter İstehsalçılarının Veb Sayt Qadağası Ləğv Edildi!
iOS 26.4 Beta 2 Yeniləməsi Nə Təklif Edir?
Elektrikli Lamborghini Xəyalı Bitdi!
Panasonic Rəsmi olaraq İstehsalını Dayandırır!
Süni İntellekt Pulsuz Tətbiqlərə Son Qoyacaq
Meta və AMD süni intellektdə yeni bir dövrə başlayır
Telegram-ın qurucusu Pavel Durov terrorizmi dəstəkləyirmi?
Firefox Süni İntellekti Söndürmə Düyməsini Əldə Edir
Tesla Dövləti Məhkəməyə Verir!
Forza Horizon 6 Hekayəsi Açıqlandı
Apple-ın Yeni Ağıllı Eynəkləri Samsung-u Hədəfləyir
Klod Təqdimat Saatlarını Sonlandırır!
Xbox-un yeni baş direktoru açıqlandı
Xiaomi 17T və 17T Pro gözləniləndən daha tez gəlir!
iOS və Android arasında şifrələnmiş mesajlaşma başlayır
OpenAI Yeni 100 dollarlıq ChatGPT Paketini Təqdim Edir
Google NotebookLM Dizaynını Tamamilə Yeniləyir
Büdcəyə Uyğun Honor X6d 5G Təqdim Edildi
NVIDIA RTX 5090 Ti Oyunu Dəyişdirəcək
DJI Osmo Pocket 4 üçün Yeni Sızıntılar
iOS 26.3.1 Yeniləməsi Yolda! Nələr Gələcək?
Tesla ölümcül avtopilot qəzasına görə 243 milyon dollar ödəyəcək!
Nvidia OpenAI-yə 30 Milyard Dollar İnvestisiya Edir
Samsung RAM-da əvvəlki gücünü bərpa edibmi?
Google Play Tətbiqləri Məlumat Sızdırır!
iPhone 17e Xüsusiyyətləri Açıqlandı
Honor Magic V6 Xüsusiyyətləri Sızdırıldı
Həftənin ən çox oxunanları
Xiaomi 17T və 17T Pro gözləniləndən daha tez gəlir!
Büdcəyə Uyğun Honor X6d 5G Təqdim Edildi
iOS və Android arasında şifrələnmiş mesajlaşma başlayır
OpenAI Yeni 100 dollarlıq ChatGPT Paketini Təqdim Edir
NVIDIA RTX 5090 Ti Oyunu Dəyişdirəcək
Məşhur Kompüter İstehsalçılarının Veb Sayt Qadağası Ləğv Edildi!
iOS 26.4 Beta 2 Yeniləməsi Nə Təklif Edir?
Google NotebookLM Dizaynını Tamamilə Yeniləyir



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD


