AZ

Nazirlik informasiya sistemlərinə dəstək üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir

ae1eaf1b1c807ca614cb850cdab55868.jpg
07.10.2019 16:17

Ədliyyə Nazirliyi və Dünya Bankının həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsi çərçivəsində vakansiya elan edilir.

 

TED.az xəbər verir ki, vakansiya informasiya sistemlərinə dəstək mütəxəssisi vəzifəsi üzrə edilir.

 

Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

 

İnformasiya texnologiyaları, kompüter, riyaziyyat və ya əlaqədar sahədə ali təhsil;

Kompüterlərə texniki xidmət və ya oxşar sahələr üzrə ən azı 2 illik iş təcrübəsi;

Microsoft MCP, MCSE, MCSA və əlaqədar sahədə təlim sertifikatları/diplomları olan namizədlərə üstünlük veriləcək;

Azərbaycan dilini mükəmməl bilməli və ingilis dilində ünsiyyət qurmaq bacarıqları.

 

Namizədlər azərbaycan və ingilis dillərində tərcümeyi-hallarını oktyabrın 29-na kimi jssiprecruitment@gmail.com elektron ünvana təqdim etməlidirlər.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox