Rəqəmsal Ticarət Forumunda Dövlət və Özəl Tərəfdaşlığı müqaviləsi imzalandı
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” mövzusunda üçüncü beynəlxalq konfrans keçirilib.
TED.az xəbər verir ki, Rəqəmsal Ticarət Qovşağının üçüncü beynəlxalq forumunda ilk dəfə Dövlət və Özəl Tərəfdaşlığı müqaviləsi onlayn imzalanıb. Müqaviləni fəaliyyət sahəsi üzrə kifayət qədər uğur qazanmış tərəflər – İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, PAŞA Bank, B.EST Solutions, AzerTelecom imzalayıblar. Onlayn müqavilənin imzalanması ilə tərəflər vahid bir sistem kimi, Azərbaycanın Rəqəmsal Qovşaq kimi regionda və dünyada mövqeyinin gücləndirilməsi üçün birgə fəaliyyətə başlayacaqlar. İmzalanmanın ardınca konfransda iştirak üçün Estoniyadan Azərbaycana gələn ilk e-rezidentlik proqramının qurucusu, keçmiş icraçı direktoru Kaspar Koryus “Estoniyanın eRezidentliyi - Estoniyadan e-Rezidentliyinin təcrübə və tövsiyyələri” mövzusunda təqdimatla çıxış edib. O, Estoniya təcrübəsi, inkişaf xətti və gələcək planları barədə iştirakçılara ətraflı məlumat verib.
Konfrans daha sonra “Sosial, İqtisadi və Maliyyə sektorlarında rəqəmsal yeniliklər” başlıqlı panel müzakirəsi ilə davam edib. Paneldə Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli, PAŞA Bankın nümayəndəsi, Səbinə Qurbanova, Elektron Hökumətin İnkişafı Mərkəzinin nümayəndəsi Fərid Vəliyev çıxışlar edib.
Azərbaycanın İspaniya Krallığından e-Rezidenti David Orgaz Parejo iştirakçılarla rezidentliklə əldə edilən üstünlüklərdən və imkanlardan danışıb.
Qeyd edək ki, tədbir AzerTelecom, Best Solutions, Caspian Audit şirkətlərinin dəstəyi və PAŞA Bankın sponsorluğu ilə həyata keçirilib. Azərbaycanda Rəqəmsal Ticarət Qovşağına aid üçüncü beynəlxalq konfransda ABŞ, İsrail, Rusiya, Böyük Britaniya, Estoniya, Türkiyə, İspaniya və digər ölkələrdən 200-ə yaxın nümayəndə iştirak edib.
Texnologiya bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












