AZ

Kapital Bankın rəsmisi: BirKart taksit kartından istifadə edən 400 000 nəfərdən çox müştəri var

db9118ccdce031b65153de6bd11a3119.jpg
15.10.2019 14:52

“Bu gün Kapital Bank-ın BirKart taksit kartından istifadə edən 400 000 nəfərdən çox müştəri vardır və bu istehlakçılar sahibkarların quraşdırdığı smart kassaların potensial istifadəsinə çevrilmiş olur”.

 

TED.az xəbər verir ki, bunu Kapital Bank-ın Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə deyib.

 

Fərid Hidayətzadə, həmçinin bildirib ki, smart kassaların gələcəkdə Vergilər Nazirliyinin informasiya sistemi ilə inteqrasiyası bir sıra üstünlüklər qazandıracaq: “Məhsulun QR (sürətli məlumat) kodunun çap olunması ilə nağdsız ödənişlərə görə qaytarılacaq 15%, nağd ödənişlərə görə isə 10% cashback məbləğini real rejimdə əldə etmək imkanının olmasıdır: “Bu cihazların daha bir əhəmiyyətli üstünlüyü onun bankın Müştəri Bank sisteminə qoşularaq məsafədən idarə olunması və cihazı onlayn rejimdə izləmə imkanıdır. Həmçinin Bank sahibkarın istəyinə uyğun funksionalı məsafədən cihaza yükləyə bilər”.

 

Zeynəb ƏKBƏR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox