AZ

Ryzen Threadripper üçüncü nəsil prosessorlarının təqdimat tarixi açıqlandı

2b70206ba96fe95fbba559446782ebec.jpg
18.10.2019 18:10

Ryzen Threadripper üçüncü nəsil prosessorlarının mağazalarda ilk tədarüklərinin vaxtı və mövcudluğu barədə məlumat yayılıb.

 

TED.az xəbər verir ki, üç yeni məhsulun, o cümlədən 64 nüvəli 3990X-in təqdim ediləcəyi gözlənilir.

 

Prosessorların istehsalçısı AMD şirkəti yeniliklərin təqdimat tarixini əvvəlcədən açıqlayıb. Anonsa görə, son çiplər 5 noyabrda nümayiş olunacaq. Bu nəsil haqqında hansısa əlavə məlumat tapmaq çətin olacaq, çünki noyabrın 19-dək materialları və test nəticələrini yaymaq qadağan olunub. Həmin gün Ryzen Threadripper çipləri satışa çıxarılacaq.

 

 

Çiplər aşağıdakı arxitektura ilə təmsil olunur:

 

Threadripper 3960X - 24 nüvə, 3970X - 32 nüvə, 3980X - 48 nüvə, 3990X - 64 nüvəyə sahibdir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox