AZ

Elnar Əsədov: Bakutel-2019 sərgisində təmsil olunacağıq – AÇIQLAMA

Elnar-Asadov-Elnar-Esedov-2.jpg
18.10.2019 22:04

3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində “Bakutel-2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi keçiriləcək. Sərgidə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) də təmsil olunacaq.

 

MHM-in direktoru Elnar Əsədov TED.az-a açıqlamasında qeyd edib ki, mərkəzin stendində “Elektron imza (Bulud əsaslı imza, Toplu imza)”, “AzDoc” sənəd dövriyyəsi proqramı, “e-kadr”, “Somar” satış proqramı, “SmartCell” üz tanıma texnologiyası (Face ID), “Azcall” Çağrı Mərkəzi, “SmartPay” ödəniş sistemi sahələrində həyata keçirilən yeni layihələr, maraqlı həllər nümayiş olunacaq.

 

Həmçinin sərgi günlərində işgüzar görüşlərin keçiriləcəyi və memorandumun imzalanacağı planlaşdırılır. Bununla yanaşı, stendin ziyarətçiləri maraqlı viktorinanın iştirakçısına çevriləcək və iştirakçılar MHM tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin Bakutel sərgisi çərçivəsində hər il ziyarət etdiyi stendlər arasında Məlumat Hesablama Mərkəzinin də stendi yer alır. 

Startaplar bölməsindən digər xəbərlər

Daha çox