AZ

Samsung Galaxy S10 plus: qiyməti və özəllikləri

fb24beadb417e8e9999df446c537b6cc.jpg
25.10.2019 14:19

“Samsung” şirkəti Cənubi Koreya, eləcə də dünya iqtisadiyyatında xüsusi çəkiyə malikdir. Digər texnologiya nəhəngi Apple ilə çəkişmələrilə bərabər tez-tez texnologiya möcüzəsi məhsulları ilə də gündəmə gələn şirkətin ən çox bəyənilən telefon modellərindən biri də Samsung Galaxy S10 plus smartfonudur.

 

TED.az olaraq, “TEDfon” rubrikasının bugünkü sayında daha çox yüksək gəlirli müştərilər üçün nəzərdə tutulan bu modeldən söhbət açırıq:

 

Samsung Galaxy S10 plus

 

Bu model çərçivəsiz ekranı, təkmilləşmiş qrafik özəllikləri sayəsində rəngləri daha canlı və dolğun təqdim edir. 3 arxa və 2 ön kameraya malik Samsung S10 plus mükəmməl fotolar çəkməyinizə imkan verir. “Dual Pixel” xüsusiyyəti ilə diqqət çəkən bu modeldə uzaqdakı görüntüləri belə rahatlıqla çəkə bilərsiniz. 10 Mp ön kamerası vasitəsilə, hətta işıqsız ortamlarda belə gözəl selfie-lər çəkmək mümkündür.

 

8 GB operativ yaddaş sayəsində istədiyiniz tətbiqetmələr və mobil oyunlar artıq sizin üçün daha əlçatandır. Sürətli enerji yığa bilən, 4100 mAs batareyaya malik bu modelə sahib olmaqla siz vaxtınıza da qənaət edə biləcəksiniz. Android əməliyyat sisteminin Android 9.0 (Pie) versiyasının rahat və müasir interfeysi ilə təqdim olunan smartfon həyatınızı asanlaşdıracaq.

 

8 nüvəli Octa-core (2x2.7 GHz + 2x2.3 GHz + 4x1.9 GHz) prosessoru ilə təchiz olunub. Barmaq izi oxucu, 3G, 4G, GPS, NFC texnologiyası da mövcuddur. Suya və toza davamlı, iki sim karta sahib mobil cihazın ağırlığı 175 q, ölçüsü isə 157.6x74.1x7.8 mm-dir.

 

Telefon Kontakt Home mağazlar şəbəkəsində 1 illik zəmanətlə 2199,99 manata təklif olunur.

 

Xüsusi təklif kimi 199 manat ilkin ödənişlə ayda 179 manat ödəmək qarşılığında 1 illik kredit şərti var. Bu halda telefon alıcıya 2347 manata başa gəlir.

 

Bundan başqa, mağaza mobil cihazı 6, 9 aylıq faizsiz kreditlə də müştərilərə təqdim edir. Bunun üçün əvvəlcədən 480 manat ödəniş lazım gəlir. 15 və 18 aylıq kreditlərdə 480 manat ilkin ödəniş və müəyyən faiz hesablanır. Əlavə olaraq, kreditlə satış zamanı rəsmiləşdirmə işləri üçün 5-8 faiz xidmət haqqı tutulur.

 

Sözügedən telefon Optimal Electronics-də 2199 manatdır. Əlavə olaraq, Birkart istifadəçilərinə özəl 18 ayadək faizsiz kredit kampaniyası mövcuddur.

 

Mağaza, həmçinin pulsuz çatdırma xidməti də təklif edir.

 

İrşad Elektronics-in saytında da bu telefon 2199 manata təklif edilir.

 

Mağaza telefonu ilkin ödənişsiz, 6, 12, 18 aylıq kreditlə də təklif edir. İlk iki seçimdə hər hansı faiz tutulmur. 18 aylıq kredit seçimində isə telefon alıcıya 2594,82 manata başa gəlir.

 

Saytda məhsulun rəsmiləşdirilməsi zamanı 4-10% komissiya haqqı tələb oluna biləcəyi də qeyd edilib.

 

Mağazanın pulsuz çatrılma xidməti də mövcuddur.

 

Baku Electronics-in saytında da sözügedən telefon 2199 manatdır. 12 aylıq kreditlə alındıqda isə smartfonun qiyməti 2208 manat təşkil edir.

 

Maxi.az-ın saytında da smartfon 2199 manata satılır. Əlavə olaraq, mağaza alıcılara 43,98 manat bonus təklif edir. Mağazada 2-24 aylıq müxtəlif şərtli kredit xidməti də var.

 

World Telecom-un saytında bu telefon 2199 manatadır. 6 aylıq faizsiz kreditlə əldə etmək üçün ilkin olaraq 1099,5 manat ödəmək lazım gəlir. 12 aylıq kredit şərtilə telefon alıcıya 2460 manata başa gəlir. Birkart istifadəçilərinə isə 18 aylıq faizsiz kreditlə təklif olunur.

 

Bundan başqa, məhsulun rəsmiləşdirilməsi zamanı 5-10% komissiya məbləği tələb oluna bilər. İş yerinizdən asılı olaraq isə 1, 2 və ya 3 aylıq ilkin ödəniş şərti var.

 

Cavid QƏDİR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox