AZ

Samsung Galaxy A80: qiyməti və özəllikləri

12d9ba4d5707d86d9b611269d493cec0.jpg
12.11.2019 17:00

Cənubi Koreyanın elektronika şirkəti olan “Samsung” artıq xeyli müddətdir, Azərbaycanın, eləcə də bir çox ölkənin telefon bazarında liderliyini qorumaqdadır. Misal üçün ölkəmizin mobil bazarının yarıdan çoxu sözügedən kompaniyanın nəzarəti altındadır və bu nəzarəti yaxın illərdə başqa şirkətə güzəştə gedəcəyi müzakirə mövzusu deyil.

 

TED.az-ın bugünkü “TEDfon” layihəsində “Samsung”un bu qədər çox sevilməsində böyük rolu olan “Samsung Galaxy A80” smartfonunun qiymət və özəlliklərini araşdırmışıq:

 

Samsung Galaxy A80

 

Bu smartfon markanın ən yeni və ən sevilən modellərindəndir. 128 GB daxili, 8 GB operativ yaddaşı olan cihaz dizayn və texniki özəllikləri ilə yeni nəsil ağıllı telefonlar arasında önə çıxır. Yaddaş həcmi, batareya gücü, 2 sim girişi və s. xüsusiyyətləri və sərfəli qiyməti ilə bu telefon həm iş, həm də gündəlik istifadə üçün ideal variantdır.

 

Samsung Galaxy A80 6,7 düym ekrana malikdir və xüsusi dizayn olunmuş quruluşu ilə istifadəçilərə kifayət qədər genişlik təqdim edə bilir. Gözoxşayan dizayna malik bu cihaz 220 qram çəkisi ilə olduqca ələyatımlıdır.

 

Cihazın kamerası 48 Mp görüntü keyfiyyəti təqdim edir. 8 Mp-lik ön kamera isə istifadəçiyə keyfiyyətli “selfie” çəkilişində ideal köməkçidir.

 

Android əməliyyat sisteminin Android 9.0 (Pie) versiyası ilə çalışan telefon Octa-core (4x2.2GHz&4x1.8GHz) prosessoruna, 3700 mAs batareya tutumuna malikdir. Barmaq izi oxucusu, 3G, 4G, GPS, NFC, Face ID texnologiyaları da mövcuddur.

 

Telefon Kontakt Home mağazalar şəbəkəsində 1 illik zəmanətlə 1299,99 manata təklif olunur.

 

Bundan başqa, mağaza mobil cihazı 6-18 aylıq kreditlə də müştərilərə təqdim edir. Bütün kredit seçimlərində 290 manat ilkin ödəniş və müəyyən faiz hesablanması nəzərdə tutulub. Əlavə olaraq, kreditlə satış zamanı rəsmiləşdirmə işləri üçün 5-8 faiz xidmət haqqı tutulur.

 

Məhsul kreditlə satılan zaman sistemdə yuvarlaqlaşdırma tətbiq olunduğuna görə ümumi qiymətdə fərq yarana bilər.

 

Sözügedən telefon Optimal Electronics-də 1299 manatdır. Bundan başqa, Birkart istifadəçilərinə özəl 18 ayadək faizsiz kredit kampaniyası mövcuddur.

 

Mağazada, həmçinin pulsuz çatdırılma xidməti təklif olunur.

 

İrşad Elektronics-in saytında da bu telefon müştərilərə 1299 manata satılır. Eyni zamanda, Albalıkart və Birkart istifadəçilərinə smartfon 18 aylıq ilkin ödənişsiz, faizsiz kreditlə təklif edilir.

 

Digər müştərilər isə telefonu 6-12 aylıq ilkin ödənişsiz, faizsiz kreditlə əldə edə bilərlər. 18 aylıq kreditdən yararlananlar üçün isə müəyyən faiz hesablanır.

 

Məhsulun rəsmiləşdirilməsi zamanı 5-15% komissiya məbləği tələb oluna bilər. Müştərilər, həmçinin pulsuz çatdırılma xidmətindən yararlana bilərlər.

 

Baku Electronics-in saytında sözügedən telefon alıcılara 1299 manata təklif edilir.

 

Əlavə olaraq müştərilər smartfonu müəyyən faizlə 12 aylıq kredit şərti ilə də əldə edə bilərlər.

 

Maxi.az-da sözügedən model 1299 manata satılır. Mağazada 2-24 aylıq müxtəlif şərtli kredit xidməti də var. Bundan başqa, alıcılar bu telefonu əldə etdikləri zaman 25,98 manat dəyərində bonus əldə edəcəklər.

 

World Telecom-un saytında da bu telefon 1299 manatadır. Birkart istifadəçilərinə 18 aylıq faizsiz kreditlə təklif olunur. Adi müştərilər isə məhsulu 6-12 aylıq kreditlə əldə edə bilərlər. İlk seçimdə faiz hesablanmasa da, ilkin ödəniş kimi 649,5 manat tələb olunur. İkinci seçimdə isə telefon alıcıya 1452 manata başa gəlir.

 

Məhsulun rəsmiləşdirilməsi zamanı 5-10% komissiya məbləği tələb oluna bilər.

 

İş yerinizdən asılı olaraq 1, 2 və ya 3 aylıq ilkin ödəniş tələb oluna bilər.

 

Cavid QƏDİR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox