AZ

Bloq necə açılır? – Ödənişsiz bloq yaratma təlimatı

63b18da327bdfac77e6a2c99b5f6ec04.jpg
12.11.2019 21:00

Yaşadıqlarını, hisslərini paylaşma ehtiyacı bəşəriyyətin ilk yarandığı vaxtdan aktualdır. Bir vaxtlar mağaranın divarlarında başlayan paylaşma mexanizmi, kitab, qəzet və nəhayət, internetlə əvəz olundu. Xüsusilə internetin yazı və vizual görüntülərə daha çox diqqət yetirdiyi ilk dövrlərdə, insanlar bir bloq səhifəsi açaraq, fikirlərini digər insanlarla bölüşməklə özlərini  ifadə etməyə çalışırdılar.

 

Günümüzdə bloq səhifəsi açmaq olduqca asandır. Daha öncə belə səhifə açmamısınızsa, və bu barədə anlayışınız yoxdursa, bu sizə bir az çətin görünə bilər.

 

TED.az olaraq hazırladığımız bu təlimat sayəsində ödənişsiz öz bloq saytınızı aça bilərsiniz.

 

Qeyd edək ki, bloqların əsasını xəbərlər və ya Pucca kimi məşhurların bloqları təşkil etsə də, burda istədiyiniz mövzu haqda yaza bilərsiniz. Ümumiyyətlə, blogerlər, oxucuları ilə birbaşa əlaqə qura biləcək mövzularda yazmağı üstün tuturlar. Bundan əlavə, bir çox bloger saytlarına şərh bölməsi əlavə edərək, oxucularına bu fəaliyyətdə iştirak etmək imkanı yaradır. Şərh bölməsi sayəsində oxucularla fikir mübadiləsi, onlarla ünsiyyətinizi möhkəmləndirəcək.

 

 

Əvvəlcə onu bildirək ki, bir bloq saytı açmaq və ya orada məqalə yazmaq üçün yaxşı bir yazıçı olmağa ehtiyac yoxdu. Bir çox bloq oxuyucusu, əslində hadisələrə şəxsi yanaşmasını təqdim etmək istəyir. Buna görə qeyri-rəsmi dildə yazmağa üstünlük verir.

 

Bundan əlavə, uğurlu bir bloger olmaq üçün mövzu üzrə mütəxəssis olmaq lazım deyil. Məsələn, kulinariya bloqu oxumaq istəyən oxucular, qida mövzusunda elmi bir məqalə yox, şəxsi təcrübə əsasında səmimi bir yazı oxumaq istəyir. Qeyd edək ki, bloqda birdən çox yazı yerləşdirə bilərsiniz, ancaq seçdiyiniz mövzuların maraqlı olması  çox vacibdir.

 

Bloq yaratmaqda ilk addım düzgün ad seçimidir.

 

Bunun üçün bloqunuzun əsas mövzusunu müəyyənləşdirməlisiniz. Əgər nə yazacağınızdan əmin deyilsinizsə, aşağıdakı mövzular köməyinizə çata bilər.

 

Hobbi və maraqlar:

 

Yemək, səyahət, makiyaj, dəb, avtomobillər və ya müəyyən idman növləri haqqında bloqlar bu gün üçün bəzi klassik nümunələrdir.

 

Həyat təcrübəsi:

 

Universitet imtahanına hazırlaşan bir tələbə götürək. Bu tələbənin çətinliklərini daha yaxşı izah edə bilən biri, universitet imtahanına hazırlaşan digər tələbədir. Bu məqamda yaxşı bir yazıçı olmaq üçün təcrübələrinizi səmimi şəkildə oxucularınıza çatdırmaq kifayətdir.

 

Şəxsi bloq:

 

Nəhayət, istifadə edə biləcəyiniz bir bloq tərzini siz şəxsi həyatınızın təcrübəsindən yararlanaraq, yarada bilərsiniz. Burada da əsas şərt yenə də səmimiyyət və təbiilikdir.

 

Bloger saytı üzərindən bir bloq açmağınız üçün sizə lazım olan sadəcə bir Gmail hesabıdır.

 

Gmail hesabınız sayəsində qeydiyyat işləri ilə məşğul olmadan birbaşa bloqunuzu aça bilərsiniz.

 

Blog saytınızı açmağa hazırsınızsa LİNKƏ daxil olaraq, blogerə üzv ola bilərsiniz.

 

Bloqunuzun adını yazınızın üslubuna görə seçmək lazımdır. Yazının adında həm də mətnlə əlaqəli söz olmalıdır.

 

Blogerin əsas səhifəsində görünən "Bloqunuzu Yarat" hissəsinə vurun. Sonra gmail hesabınızla daxil olun. Daha sonra görünəcək sahədə bloger ləqəbinizi daxil edin. Oxucularınız sizi bu adla tanıyacaq, ancaq bloq adınız fərqli olacaq. Bu addımdan sonra bloger hesabınız açılacaq, lakin hələ onlayn olmayacaq.

 

Bloger interfeysinə daxil olduqdan sonra saytınızdakı mövzunu soldakı mövzular bölməsindən dəyişə bilərsiniz.

 

Yazmaq istədiyiniz bloq yazılarına uyğun bir mövzu seçmək oxucularınız üçün son dərəcə müsbət olacaqdır. Blogerin təqdim etdiyi mövzulara işarə vurun və mövzu tətbiq edin.

 

İndi bloqumuzda nə yazacağımızı və əlaqə qurmağı qərara aldıqdan sonra ilk yazılarımızı yarada bilərik.

 

Bunu etmək üçün əvvəlcə bloger interfeysindəki qeydlər bölməsini daxil etməlisiniz.

 

Buradakı yeni yayın bölməsini klikləməklə ilk bloq yazılarınızı yazmağa başlaya bilərsiniz

 

Yaxşı dizayn edilmiş və keyfiyyətli bir bloq saytının uğurlu olması üçün yaxşı reklam lazımdır. Bloq reklamının ən sadə yollarından biri yazılarınızı sosial media hesablarınızda paylaşmaqdır.

 

 

Əgər siz yaxşı sayt hazırlamısınızsa, bloq saytınızı uğurla təbliğ etməyi düşünürsünüzsə, bu yöndə pul qazanmaq asan olacaq. Bunun üçün göstərdiyiniz xidmətləri və ya istehsal etdiyiniz məhsulları satmaq yerinə düşər. Məsələn, fotoşəkillərə bağlı bloq yazarkən, bloq saytınızdakı şəkilləri redaktə zamanı istifadə etdiyiniz filtrləri sata bilərsiniz.

 

Günel QURBANOVA

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox