AZ

Azərbaycanda yeni nəsil yükdaşıma xidməti istifadəyə veriləcək – İKURYER

ecf02957f1c8b3c0209a3792079c5185.jpg
26.11.2019 18:33

166 yükdaşıma və logistika şirkəti növbəti ilin yanvar ayında “İKuryer” xidmətini istifadəyə verəcək.

 

TED.az xəbər verir ki, bu barədə “World E-Commerce” forumu çərçivəsində 166 yükdaşıma və logistika şirkətinin Biznesin İnkişafı Deprtamentinin Direktoru Nurlan İmamquliyev danışıb.

 

Nurlan İmamquliyev 166 şirkətinin yeni nəsil xidmətə keçəcəyini deyib: “Növbəti ilin yanvar ayından başlayaraq, İKuryer xidməti istifadəyə veriləcək.

İKuryer-in fəaliyyəti 5 mərhələdən ibarət olacaq:

1. Məhsullar İKuryer-ə göndərilir

2.İKuryer məhsulları saxlayır

3. Müştəri məhsulu alır

4. İKuryer məhsulları öz nəqliyyatına yükləyir

5. İKuryer məhsulu vaxtında çatdırır”.

 

Şirkətin nümayəndəsi yeni xidmətin özəlliklərini vurğulayıb: “Yeni xidmət vasitəsi ilə onlayn olaraq məhsulunuzu anbarda izləyə biləcəksiniz (uzunmüddətli saxlanılma zamanı).  Müştərilər xüsusi elektron etiketə sahib olacaqlar. Bundan əlavə, şəhərin müxtəlif nöqtələrində “dropbox”lar yerləşəcək. Dropbox-lar poçt qutularına bənzəyir. Onlara onlayn etiketli məhsul qutularını yerləşdirərək paketinizi rahat şəkildə göndərmiş olacaqsınız”.

 

Fatimə ZÜLFİQAR

TED + bölməsindən digər xəbərlər

Daha çox