AZ

ADY: Təbriz-Culfa turist qatarı İran daxilində fəaliyyətə başlayıb

2f4baa5de1b0aab89cf8a8634d08007f.jpg
22.01.2020 13:27

Bu gün bəzi elektron KİV-lərdə İranın Təbriz şəhəri ilə Azərbaycanın Culfa şəhəri arasında sərnişin qatarının fəaliyyətə başlaması ilə bağlı informasiyalar yayılıb.

 

Azərbaycan Dəmir Yolları QSC-dən TED.az-a bildirilib ki, yazıda qeyd olunanlar həqiqəti əks etdirmir: “İran Dəmir Yolları İdarəsindən yerli mətbuata verilən məlumata görə, İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətində Təbriz-Culfa və əks istiqamətdə turistlər üçün nəzərdə tutulan turist qatarı istismara verilib. Təbriz-Culfa gündəlik turist qatarı İran daxilində fəaliyyət göstərəcək”.

TED + bölməsindən digər xəbərlər

Daha çox