AZ

Xiaomi-dən iki yeni elektrikli motosikl modeli – QİYMƏTLƏR

19b447e4dbae319d95f28c220aa542d6.jpg
29.03.2020 20:33

Xiaomi Youpin platformasında iki yeni elektrikli motosikl modelini təqdim edib. 


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çinin 70mai şirkəti tərəfindın istehsal edilən A1 və A1 Pro motosiklləri hədsiz yığcam görüntüsü ilə seçilir. 


Hər iki modelin çəkisi cəmi 52kq-dır. Rəsmi şəkildə açıqlanmasa da 750W-dan az gücə sahib olduğu düşünülən motosikllərdən A1 Pro-nun birdəfəyə təxminən 70 km, A1-in isə təxminən 60 km məsafə qət edilə biləcəyi deyilir. 


Hər iki modelin üç fərqli rəngi var. A1 Pro-da rəngli sensor ekran da var. GPS texnologiyasına sahib modellərin sürəti 25 km/s-dır. Motosikllər yolu qeyd etmək üçün nəzərdə tutulan 1080P keyfiyyətli kamera ilə də təhiz olunublar. 


Məlumat üçün bildirək ki, A1 523 dollardan, A1 Pro isə 655 başlayan qiymətlə alıcılara təqdim ediləcək. Hər iki model hələlik yalnız Çin bazarı üçün nəzərdə tutulub.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox