AZ

Antirekord - Bu cihaz Huawei-yə 70 milyon dollar ziyan vurub 

5a048c13fc5bd5c8e8648d3ba7f09a98.jpg
10.04.2020 09:58

Çinin texnologiya nəhəngi olan Huawei şirkəti "Huawei Mate Xs" smartfounun bir ay ərzində olan satışından 70 milyon dollar ziyan edib.

 

TED.az xəbər verir ki, bu haqda şirkətin biznes üzrə baş direktoru Yu Chengdong məlumat yayıb.

 

O bildirib ki, yeni flaqmanların qiyməti bahadı, lakin həmin smartfonun qurğuları da olduqca bahdır: "Məsələn,P40 seriyalı smartfonların yalnız kamerası 100 dollardan daha baha başa gəlir". 

 

İcraçı direktor qeyd edib ki, bəzi smartfonların satışı şirkətə ancaq ziyan vurub: "Huawei Mate X satışa çıxarıldığı gündən şirkət yalnız bu smartfondan 60 - 70 milyon dollar ziyan edib. Baxmayaraq ki, Huawei Mate Xs təxminən 24 min dollara satılır, yenə də bu şirkət üçün ziyandır. Çünki telefonun qurğuları qiymətindən bahadır".

 

"Şirkət sözügedən smartfonlarından gözlədiyi gəliri, yalnız "çevik ekran"ların qiymətləri ucuzlaşacağı halda əldə edəcək"- deyə o əlavə edib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox