AZ

Rusiya S-500 HHM sistemini inventarına əlavə etməyə hazırlaşır

 

3f3e6181431806ec0c8c4f7f6472b8a5.jpg
26.04.2024 15:57
Rusiya S-500 Hava Hücumundan Müdafiə (HHM) sistemini inventarına əlavə etməyə hazırlaşır.

 

TED.az xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiyanın yaxın vaxtlarda S-500 uzun mənzilli müdafiə sistemləri və çoxlu sayda S-300V4, “Buk-M3” və “Tor-M2U” uzun və orta mənzilli HHM sistemlərini inventarına əlavə edəcəyini açıqlayıb.

Şoyqu 2024-cü il aprelin 23-də verdiyi açıqlamada Rusiya Silahlı Qüvvələrinin ilin sonuna qədər 2 fərqli konfiqurasiyada S-500 HHM sistemini inventarına əlavə edəcəyini, bundan əlavə, ilin sonuna qədər S-400, S-300V4, “Buk-M3”, “Tor-M2U” və yeni nəsil radar sistemlərinin Rusiya Silahlı Qüvvələrinin inventarına daxil olacağını bildirib.

Şoyqu, həmçinin 2022-ci ildə başlayan Ukrayna-Rusiya müharibəsindən sonra Rusiya müdafiə sənayesi sektorunun istehsal gücünü bir neçə dəfə artırdığını, xüsusilə də silah-sursat tədarükü sahəsində istehsal gücünü daha da artırmaq üçün işlərə davam edəcəklərini qeyd edib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox