AZ

Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə sənəd qəbulu bu gün başa çatır

 

72c780df648a3a5adf1ec6f546437c31.jpg
15.04.2024 14:20

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 15 aprel saat 23:59-dək aparılacaq.

 

Bu barədə TED.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra müvafiq istifadəçi adı və paroldan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqda onların oradakı hesablarından çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat "Abituriyentin elektron ərizəsi" proqramı tərəfindən abituriyentə təqdim olunur.

 

Bu gün saat 09:00-a olan məlumata əsasən, 31379 abituriyent öz ərizəsini təsdiq edib. 1560 abituriyent isə elektron ərizəsini doldurub yadda saxlasa da, hələlik təsdiq etməyib. Həmin abituriyentlərə də tövsiyə edirik ki, ərizənin təsdiqini təmin etsinlər.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox