AZ

Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb

 

6e03783e5c4252df323666bb3ce1671a.jpg
15.04.2024 18:57

Cari ilin yanvar-mart aylarında Azərbaycanda göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz artıb.

 

TED.az Dövlət Statistika Komitəsinin hesabatına istinadla xəbər verir ki, informasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş 766,4 milyon manatlıq xidmətlərin 74,1 faizi əhali sektoruna aid olub.

 

Bu sahədə əldə edilmiş gəlirin 83,5 faizi qeyri-dövlət sektorunun payına düşüb.

TED + bölməsindən digər xəbərlər

Daha çox